Icma.az
close
up
RU
PSJ “Siti”ni uçurumun kənarına yolladı

PSJ “Siti”ni uçurumun kənarına yolladı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İkinci oyun günü meydan sahibləri üçün uğurlu start götürdü.

"Football-plus.az" xəbər verir ki, “Şaxtyor” debütant “Brest” üzərində gözləniləndən asan qələbə qazandı. Halbuki ÇL-in debütantı buna qədər cəmi bir dəfə uduzmuşdu, ilk “8-lik” üçün iddialı durumda idi. Digər qarşılaşmada isə turnir cədvəli baxımından heç bir motivasiyası qalmayan “Leyptsiq” xala daha çox ehtiyac duyan “Sportinq”i məğlub etdi. İlk 6 turun hamısında məğlub olan “öküzlər” ilk xallarını qazandılar. Əla mövsüm keçirən Dyokereş 2-ci hissədə meydana çıxaraq bərabərlik qolunu vursa da, bu, qonaqlara kifayət etmədi. Marko Rozenin əvəzetməsi həlledici oldu və “Leyptsiq”in artıq əfsanəsi sayılan Poulsen qələbə qolunu vurdu.
“Siti” artıq böhrandan çıxmış kimi görünürdü və komanda 3-ci hissənin əvvəllərində iki qol vuraraq yerli fanatları şoka saldı. Amma uçurumun kənarında dayanan və ÇL ilə vidalaşmaq təhlükəsi yaşayan Luis Enrikenin komandası 0:2-dən sonra rəqibi meydandan silib-süpürdü. PSJ bu tarixi qələbə ilə uçurumun kənarına məhz “Siti”ni yolladı. Son tur ərəfəsində “24-lük”dən kənarda olan “şəhərlilər”in mübarizəni davam etdirmək üçün son oyunda “Brügge”ni yenməkdən başqa çıxış yolu yoxdu. Gözlənildiyi kimi, “Arsenal” evdə “Dinamo”ya heç bir şans verməyərək Fabio Kannavaronun zaqreblilərin baş məşqçisi qismində debütünü korladı. “Seltik” autsayder “Yanq Boyz”la oyunda penaltidən yararlana bilməyərək uzun müddət fanatlarını intizarda saxladı. Amma son anlarda qələbə qolunu vurmaq və pley-offa vəsiqə qazanmaq mümkün oldu. Builki format hər nə qədər fərqli olsa da, maraq üçün deyək ki, “Seltik” ÇL-in pley-offunda sonuncu dəfə 2013-cü ildə oynayıb. Qələbəyə ehtiyac duyan “Real” “Zaltsburq”la oyunda sürprizə imkan vermədi. Maraqlıdı ki, Madrid nəhəngi hesabı açana qədər qapıya zərbə vurmamışdı. Amma ilk qoldan sonra avstriyalılar “ağ bayraq qaldırdılar” və “kral klubu” əzəmətli hücumçularının qolları ilə inamlı qələbə qazandı. Milan təmsilçiləri minimal hesablı qələbələrlə kifayətləndilər. “Jirona”nı Leaonun qolu ilə məğlub edən “Milan” ardıcıl 5-ci qələbəsini qazandı. Halbuki komanda ilk iki turdan xalsız ayrılmışdı. “İnter”in isə əsas özəlliyi az qol buraxmaqdı. Cəmi 1 qol buraxan “neradzurra” belə çətin turnirdə 7 turun 6-da qapısını toxunulmaz saxlayıb!
Günün və turun ən böyük sürprizi Rotterdamda qeydə alındı. Bu qarşılaşma bir daha göstərdi ki, futbolda statistikanın heç bir önəmi yoxdu. Topu 7 metrlik qapıdan keçirə bilmədinsə, qalib gələ bilməyəcəksən. Təsəvvür edin ki, “Bavariya” 2-ci hissənin ortalarında topa nəzarətdəki üstünlüyünü 80 faizə çatdırmışdı. Komanda 13 (rəqib isə 1) künc zərbəsi yerinə yetirdi, 10 (rəqib 3) real qol fürsəti yaxaladı, rəqibin cərimə meydançasında topa 46 (rəqib 8) toxunuş etdi və... 0:3 hesabı ilə uduzdu! Bütün oyunu müdafiədə keçirən “Feyenoord” güclü rəqibi ildırım sürəti ilə çıxdığı əks-hücumların sayəsində məhv etdi. “Feye”nin qapıçısı 7 seyv etdiyi halda, Noyer oyunu seyv etmədən tamamladı. Bu qəribə nəticədən sonra Münhen nəhəngi üçün yeganə təsəlli məğlubiyyətə rəğmən, pley-offa vəsiqəni rəsmiləşdirmək oldu.
Əsas mərhələ, 7-ci tur
Leyptsiq – Sportinq 2:1 (1:0)

Leyptsiq (Almaniya): Vandevoort, Qeertruyda, Orban, Bitşiabu, Raum (Klostermann, 61), Zayvald, Aydara (Kampl, 69), Baumqartner (Vermeeren, 84), Simons (Nusa, 61), Şeşko, Openda (Poulsen, 62).
Sportinq (Lissabon, Portuqaliya): İsrael, Fresneda (Esqayo, 76), Diomande, Sent-Yuste (İnasio, 29), M.Arauxo, Hyulmann, Debast (Morita, 55), Katamo (Braqansa, 55), Kenda, Trinkao, Harder (Dyokereş, 55).
Qollar: Şeşko, 19 (1:0). Dyokereş, 75 (1:1). Poulsen, 78 (2:1).
Vərəqələr: Raum, 79. Vandevoordt, 86. Orban, 87 – sarı.
Hakim: Manfredas Lukyançukas (Litva).
22 yanvar. Leyptsiq. 33478 tamaşaçı.
Şaxtyor – Brest 2:0 (2:0)
Şaxtyor (Donetsk, Ukrayna): Riznik, Tobias (Konoplya, 71), Bondar, Matvienko, Azarov, Kriskiv, Qomes (Stepanenko, 71), Sudakov (Bondarenko, 83), Kevin, Pedrinyo (Zubkov, 83), Eginaldo (Traore, 55).
Brest (Fransa): Bizot, Lala, Şardonne, Ndiaye, Laje, Manyetti, E.Fernandeş (Kulibali, 85), Kamara (Del Kastilyo, 60), Dumbiya (Fevr, 60), M.Balde (İ.Salah, 71), Ajork (Sima, 60).
Qollar: Kevin, 18 (1:0). Sudakov, 37-p. (2:0).
Vərəqələr: Ndiaye, 22. Stepanenko, 77 – sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
22 yanvar. Helzenkirhen. 15282 tamaşaçı.
PSJ – Mançester Siti 4:2 (0:0)
PSJ (Fransa): Donnarumma, Hakimi, Paço, Markinyos, Mendeş, Ruis (Zair-Emeri, 61), Vitinya, Neveş, Li Kan İn (Dembele, 46), Barkola (L.Ernandes, 81), Due (Ramuş, 61).
Mançester Siti (İngiltərə): Ederson, Nunyeş (Stounz, 78), Akanci, Diaş (Lüis, 46), Qvardiol, B.Silva, Kovaçiç (Gündoğan, 70), Foden, De Bruyne (Makeyti, 70), Savinyo (Qriliş, 46), Holann.
Qollar: Qriliş, 50 (0:1). Holann, 53 (0:2). Dembele, 56 (1:2). Barkola, 60 (2:2). Neveş, 78 (3:2). Ramuş, 90+3 (4:2).
Vərəqələr: Diaş, 10. Mendeş, 23 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
22 dekabr. Paris. 47818 tamaşaçı.
Milan – Jirona 1:0 (1:0)
Milan (İtaliya): Menyan, Emerson (Kalabria, 4), Pavloviç, Qabbia, T.Ernandes, Fofana, Bennaser (Pulişiç, 75), Musa, Reynders (Terraçano, 75), Leao, Morata (Abraham, 64).
Jirona (İspaniya): Qazzaniqa, Franses, Lopes, Kreyçi, Blind, Romeu, Errera (Portu, 77), Tsıqankov (Martin, 72), Van De Beek (Danjuma, 72), Xil (Asprilya, 72), Ruis (Stuani, 72).
Qol: Leao, 37.
Vərəqələr: Kalabria, 41. Xil, 59. T.Ernandes, 80 – sarı.
Hakim: Tobias Ştiler (Almaniya).
22 yanvar. Milan. 66030 tamaşaçı.
Arsenal – Dinamo Z 3:0 (1:0)
Arsenal (London, İngiltərə): Raya, Y.Timber (Parti, 59), Qabriel, Kivior, Zinçenko (Tirni, 74), Rays, Jorjinyo, Edeqor, Sterlinq (Nvaneri, 59), Martinelli (Batler-Oyedeci, 90+3), Haverts (Trossar, 74).
Dinamo (Zaqreb, Xorvatiya): Nevistiç, Ristovski, Mmae, Torrente, Pyer-Qavriel (Hoca, 75), Bernoer, Ademi (Mişiç, 59), Roq (Kaçavenda, 59), Stoykoviç (Pyatsa, 75), Baturina (Şpikiç, 87), Kulenoviç.
Qollar: Rays, 2 (1:0). Haverts, 66 (2:0). Edeqor, 90+1 (3:0).
Vərəqələr: Ademi, 38. Sterlinq, 47. Y.Timber, 51. Kaçavenda, 69 – sarı.
Hakim: Daniel Zibert (Almaniya).
22 yanvar. London. 60024 tamaşaçı.
Feyenoord – Bavariya 3:0 (2:0)
Feyenoord (Rotterdam, Niderland): Beylo, Niuvkoop (Mitçell, 75), Trauner, Hantsko, Smal, Beelen, Milambo, Stenqs (Nadce, 50), Hac Mussa (Ueda, 83), Payşao (Bueno, 83), Ximenes.
Bavariya: Noyer, Laymer (Sane, 46), Upamekano, Kim Min Ce (Pavloviç, 62), Devis (Gerreyro, 45), Qoretska, Kimmix, Olise, Musiala (Müller, 83), Koman (Qnabri, 62), Keyn.
Qollar: Ximenes, 21 (1:0). Ximenes, 45+9-p. (2:0). Ueda 89 (3:0).
Vərəqələr: Hantsko, 19. Sane, 88. Qoretska, 90. Müller, 90 – sarı. Ulrayx, 90 – qırmızı (meydandan kənarda).
Hakim: Fransua Letesye (Fransa).
22 yanvar. Rottterdam. 43106 tamaşaçı.
Real – Zaltsburq 5:1 (2:0)
Real (Madrid, İspaniya): Kurtua, Valverde, Asensio, Rüdiger (Ramon, 78), Mendi, Sebalyos (Arda Gülər, 64), Modriç, Rodriqo (Endrik, 71), Bellingem (Alaba, 64), Vinisius, Mbappe (Dias, 71).
Zaltsburq (Avstriya): Blasvix, Dediç, Baydu, Blank, Terziç, Bidstrup, Kapaldo (Kavamura, 82), Yeo (Diambu, 63), Qlux (Qurna-Duat, 82), Dorjeles (Pyatkovski, 63), Daqim (Ratkov, 88).
Qollar: Rodriqo, 23 (1:0). Rodriqo, 34 (2:0). Mbappe, 48 (3:0). Vinisius, 55 (4:0). Vinisius, 77 (5:0). Bidstrup, 85 (5:1).
Vərəqə: Vinisius, 42 – sarı.
Hakim: Qlenn Nyuberq (İsveç).
22 yanvar. Madrid. 73692 tamaşaçı.
Sparta – İnter 0:1 (0:1)
Sparta (Praqa, Çexiya): Vindal, Visner (Suxomel, 79), Vitik, Panak, Sorensen, Rıneş (Zeleni, 69), Sadilek, Laçi, Kairinen, Olatunyi (Krasniqi, 79), Birmançeviç (Haraslin, 74).
İnter: Zommer, Dyumfris (Darmian, 63), Pavar, De Vrey, Bastoni, Dimarko (Auqusto, 71), Mxitaryan, Asllani (Zyelinski, 71), Barella (Frattezi, 63), Türam, L.Martines (Taremi, 82).
Qol: L.Martines, 12.
Vərəqələr: Dyumfris, 6. Olatunyi, 52. Asllani, 67. Krasniqi, 90+5 – sarı.
Hakim: Alexandro Ernandes (İspaniya).
22 yanvar. Praqa. 18010 tamaşaçı.
Seltik – Yanq Boyz 1:0 (0:0)
Seltik (Qlazqo, Şotlandiya): Şmeyhel, Conston, Karter-Vikers, Trasti, Teylor (Valye, 69), Makqreqor, Hatate, Engels (Bernardo, 69), Kyun, Maeda, Furuhaşi (Ayda, 75).
Yanq Boyz (Bern, İsveçrə): Keller, Atekame (Blum, 84), Kamara, Benito, Acam, Lakomi, Niasse (Lauper, 84), Maleş (Çayva, 64), Monteyro (Kolli, 72), Uqriniç, Qanvula (İtten, 64).
Qol: Benito, 86-öz qapısına.
41-ci dəqiqədə Engels penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Kyun, 20. Qanvula, 45+1. Kamara, 47. Uqriniç, 64. Benito, 83 – sarı. Maeda, 89 – qırmızı.
Hakim: Rohit Saqqi (Norveç).
22 yanvar. Qlazqo. 56544 tamaşaçı.
1. Liverpul 7 7 0 0 15-2 21
2. Barselona 7 6 0 1 26-11 18
3. Arsenal 7 5 1 1 14-2 16
4. İnter 7 5 1 1 8-1 16
5. Atletiko 7 5 0 2 16-11 15
6. Milan 7 5 0 2 13-9 15
7. Atalanta 7 4 2 1 18-4 14
8. Bayer-04 7 4 1 2 13-7 13
9. Aston Villa 7 4 1 2 9-4 13
10. Monako 7 4 1 2 13-10 13
11. Feyenoord 7 4 1 2 17-15 13
12. Lill 7 4 1 2 11-9 13
13. Brest 7 4 1 2 10-8 13
14. Borussiya D 7 4 0 3 19-11 12
15. Bavariya 7 4 0 3 17-11 12
16. Real 7 4 0 3 17-12 12
17. Yuventus 7 3 3 1 9-5 12
18. Seltik 7 3 3 1 11-10 12
19. PSV 7 3 2 2 13-10 11
20. Brügge 7 3 2 2 6-8 11
21. Benfika 7 3 1 3 14-12 10
22. PSJ 7 3 1 3 10-8 10
23. Sportinq 7 3 1 3 12-11 10
24. Ştutqart 7 3 1 3 12-13 10
25. Mançester Siti 7 2 2 3 15-13 8
26. Dinamo Z 7 2 2 3 10-18 8
27. Şaxtyor 7 2 1 4 7-13 7
28. Bolonya 7 1 2 4 3-8 5
29. Sparta 7 1 1 5 7-19 4
30. Leyptsiq 7 1 0 6 8-14 3
31. Jirona 7 1 0 6 4-11 3
32. Srvena Zvezda 7 1 0 6 12-22 3
33. Şturm 7 1 0 6 4-14 3
34. Zaltsburq 7 1 0 6 4-23 3
35. Slovan 7 0 0 7 6-24 0
36. Yanq Boyz 7 0 0 7 3-23 0
Bombardirlər: Levandovski (Barselona) – 9, Rafinya (Barselona) – 8, Girassi (Borussiya D), Vinisius (Real) – 7, Alvares (Atletiko), Dyokereş (Sportinq), Holann (Mançester Siti) – 6.
Növbəti turun oyunları yanvarın 29-da keçiriləcək: Barselona – Atalanta, İnter – Monako, Ştutqart – PSJ, Yuventus – Benfika, PSV – Liverpul, Mançester Siti – Brügge, Brest – Real, Bayer-04 – Sparta, Borussiya D – Şaxtyor, Bavariya – Slovan, Zaltsburq – Atletiko, Jirona – Arsenal, Aston Villa – Seltik, Sportinq – Bolonya, Dinamo Z – Milan, Şturm – Leyptsiq, Lill – Feyenoord, Yanq Boyz – Srvena Zvezda.
Faktlar
* PSJ tarixində ilk dəfə 2 top fərqi ilə geridə olduğu ÇL matçından qələbə ilə ayrıldı! Bütün turnirləri nəzərə alsaq, Paris nəhəngi sonuncu dəfə bu cür qələbəni 2012-nin mayında Liqa-1 çərçivəsində “Valansyenn”lə oyunda (4:3) əldə etmişdi.
* “Mançester Siti”nin ÇL-də qələbəsiz seriyası 4 oyuna çatdı (1 heç-heçə, 3 məğlubiyyət). Bu, 2014-dən bəri komandanın ən pis seriyasıdı.
* Luis Enrike Qvardiolaya qarşı məşqçi kimi 5-ci dueldə qələbə sayında önə keçdi (3:2).
* “Siti” topa cəmi 36,9 faiz sahib ola bildi. Bu, Qvardiolanın dönəmində ÇL-də komandanın ən zəif ikinci göstəricisidi. Bu baxımdan komandanın antirekordu (34,7 faiz) 2016-nın noyabrında yenə də Luis Enrikenin çalışdırdığı “Barselona” ilə matça təsadüf edib!
* “Siti” bütün turnirləri nəzərə alsaq, buna qədər iki top fərqi ilə hesabda öndə olduğu son 114 qarşılaşmanın heç birində uduzmamışdı!
* Bütün turnirləri nəzərə alsaq, “Siti” bu mövsüm 9-cu dəfə hesabda öndə olduğu oyunda qalib gələ bilmədi. Bu, bütün premyer-liqa klubları arasında ən pis göstəricidi!
* Vinisius “Real”ın heyətində vurduğu qolların sayını 101-ə çatdırdı. Onun klub tarixinin ən məhsuldar braziliyalı futbolçusu statusunda olan Ronaldonun (104) rekordunu təkrarlamasına cəmi 3 qol qalıb.
* “Feyenoord” tarixində cəmi 2-ci dəfə ÇL/ÇK-da ardıcıl üç qarşılaşmada ən azı 3 qol vurmağı bacardı. Komandanın daha öncə belə seriyası 1971-ci ildə olmuşdu.
Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“0:2-dən sonra matçın axarını necə dəyişdik? Düzünü desəm, heç özüm də bilmirəm. İkinci hissəyə çox bərbad başladıq. Amma bu komanda həmişə özünə güvənir. Burdakı futbolçular əvvəlcədən təslim olmağı sevmir. Fanatlarımız da bu gün nanılmaz idi. Məncə, vurduğumuz birinci qol matçın qırılma anı oldu. Çünki həmin qoldan sonra oyunun axarı dəyişməyə başladı. Son yarım saatda “Siti”ni tam üstələdik”.

[/quote]
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: [quote]“Müəyyən ana qədər bərabər səviyyəli oyun izlədik. Hər iki komandanın fərqlənmək üçün çoxlu şansı oldu. İkinci hissənin əvvəllərində 5 dəqiqəyə iki qol vurduq. Çox keçmədən onlar da bunu bacardı. Amma birinci buraxılan qol sanki bizi nokauta saldı. Onlar isə əksinə, ruhlandı. İlk qolu vurandan sonra PSJ bizi bütün oyun komponentlərində üstələməyə başladı. Heç cür bu təzyiqin öhdəsindən gələ bilmədik. Bu reallıqla barışmalıyıq. Hələ də “pley-off zonası”ndan kənardayıqsa, deməli, buna layiqik. Amma vəziyyəti düzəltmək üçün daha bir şansımız olacaq. Son oyunda da qalib gələ bilməsək, deməli, pley-offda oynamağa layiq deyilik”.


Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Feyenoord”un bu gün qələbəyə layiq olduğunu etiraf etməliyəm. Onlar bizdən daha çox qaçdı və daha çox mübarizə apardı. Düzdü, bizim fürsətlərimiz çox oldu. Rahatca ən azı 2-3 qol vurmalıydıq. Amma “Feyenoord” əlinə düən fürsətlərdən maksimum yararlandı. Həm fərdi, həm də kollektiv baxımdan etdiklərimiz qələbə üçün yetərli olmadı. Belə anlarda mütləq növbəti qarşılaşmada bu məğlubiyyətə reaksiya vermək lazımdı. “Feyenoord”un oyunu bizi təəccübləndirmədi. Belə klublara qarşı çox oynamışıq. Adətən, çətin vəziyyətdən çıxış yollarını tapa bilirdik. Bu gün isə tapa bilmədik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Yanvar 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see280

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see249

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see247

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see234

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see210

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see204

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see195

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see191

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see188

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see184

19 iyunun qoroskopu Onlar üçün əlamətdar gündür

19 İyun 2026 00:03see178

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see177

Tottenhem 25 yaşlı futbolçunu transfer etdi RƏSMİ

19 İyun 2026 01:07see175

2030 cu il Olimpiya Oyunlarının loqotipi təqdim olunub FOTO

19 İyun 2026 02:11see173

Alleqri “Napoli”yə gedir 3 illik müqavilə imzalanacaq

19 İyun 2026 02:17see173

Nyu Yorkda atışma baş verib, bir nəfər saxlanılıb

19 İyun 2026 03:37see169

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar Ac qaldıqlarına görə...

20 İyun 2026 02:36see159

“Ürək ritmi pozuntularının müalicəsində yeni mərhələ: qəfil ölüm riskini azaldan cihaz uğurla implantasiya edildi“ Yeni texnologiya

19 İyun 2026 22:43see153

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see152

Rubio gələn həftə Yaxın Şərqə səfər edəcək

20 İyun 2026 02:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri