PUA lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Aviasiya haqqında" qanuna dəyişikliklərdə əksini tapıb.
Qanuna əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat dövlət rüsumu müəyyənləşib.
Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 17 İyun 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















