PUA lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Pilotsuz uçuş aparatları ilə əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
APA-nın xəbərinə görə, bu, Dövlət rüsumu haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat dövlət rüsumu müəyyənləşir.
Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.
Baxış sayı:91
Bu xəbər 09 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















