PUA mızın zərbəsindən canını birtəhər qurtramışdı: Qondarma
"Cəlal Arutyunyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Qərar bir müddət əvvəl məhkəmədə elan edilib".
AzNews.az xəbər verir ki, bu barədə İrəvan mediası məlumat yayıb.
Xəbərlərə görə, dövlət ittihamçısı "Artsax Müdafiə Ordusunun keçmiş komandanı" Cəlal Arutyunyanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakim Qarik Abelyanın sədrliyi ilə "Ümumi Yurisdiksiya üzrə Sünik Vilayət Məhkəməsi" Cəlal Arutyunyanı Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilib. Dövlət ittihamçısı və "zərərçəkmişlər" Cəlal Arutyunyanın təqsirli bilinməsini, müdafiə tərəfi isə ona bəraət verilməsini istəyib.
Xatırladaq ki, Cəlal Arutyunyan 2020-ci il oktyabrın 12-də Füzulinin Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə müzəffər Azərbaycan ordusunun işğalçı erməni birləşmələrinin bir diviziyasını məhv etdiyi üçün "səhlənkarlıqda və xidməti vəzifəsini vicdansızca yerinə yetirməkdə" ittiham olunurdu.
Cəlal Arutyunyan qondarma "general" idi.
AzNews.az