Ancelina Coli açıqlamaları ilə gündəmə gəlib
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı məşhur aktrisa Ancelina Coli açıqlamaları ilə gündəmə gəlib. SİA “People” nəşrinə istinadən xəbər verir ki, o, 2001-ci ildə çəkildiyi “Tomb Raider” filmdəki “Lara Kroft” rolundan və film üçün fiziki hazırlığından danışıb. 50 yaşlı Coli sözügedən filmin çəkilişlərinə başlamazdan əvvəl gündə iki qutu siqaret çəkdiyini etiraf edib: “Etiraf edim ki, gündə iki qutu siqaret çəkirdim. Sağlamlığımı və həyatımı tamamilə dəyişdirməli oldum. Bacara bilməyəcəyimi düşündüyüm şeyləri edə biləcəyimi kəşf etdim”.
Hollivud aktrisası “Tomb Raider” üçün çox ağır məşq etməyə başladığını və bunun onun normalarından uzaq olduğunu deyib. Onun sözlərinə görə, bu məşqlər onun siqareti atmasına səbəb olub.
“Film üçün səhər, günorta və axşam məşqlər var idi. Və bir yerdən sonra istədiyim tək şey yaxşı yemək, su və yatmaq idi. Beləliklə sən dəyişirsən”.
Baxış sayı:175
Bu xəbər 07 Fevral 2025 07:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















