Icma.az
close
up
RU
Publik Hüquqi Şəxs dilemması iqtisadi hekayə

Publik Hüquqi Şəxs dilemması iqtisadi hekayə

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərinin mərkəzindəki kiçik, amma səliqəli kafelərdən birində, böyük pəncərənin önündə iki köhnə dost - Allahverdi və Arzuman üz-üzə əyləşmişdi. Ofisiant sakitcə yaxınlaşıb onların sifarişlərini qəbul etmiş və gətirib masaya düzmüşdü.

Allahverdi bahalı qol saatını süfrənin üstünə qoymuşdu. Açıq rəngli köynəyi, ütülü şalvarı və rahat danışıq tərzi onun özünə inamını, bəlkə də bir az artıq inamını göstərirdi. Arzuman isə daha sadə geyinmişdi. Təmiz, klassik göy köynək, kağız qovluqla dolu çanta və sakit, lakin düşüncəli baxış.

— Nə var, nə yox, qardaş? İşlər necə gedir? — Allahverdi soruşdu.

Arzuman başını tərpətdi:

— Belə də, - gileylə dilləndi. - Bizə deyirlər ki, publik hüquqi şəxs olaraq özünüz pul qazanmalısınız. Biz də deyirik ki, bəli, qazanaq. Amma bizə alət verilsin. Yəni səlahiyyət verilmədən necə qazanaq?

Allahverdi çayından bir qurtum alıb, rahat bir təbəssümlə dedi:

— Ağıllı, əsaslandırılmış fikirlər formalaşdırım, sonra da rəsmi təkliflərlə çıxış edin. Təşəbbüs göstərin. Qanunvericilik çərçivəsində müraciət edin. Biz belə etdik, nəticə də oldu.

Arzumanın sifəti ciddiləşdi. Sanki içində yığılan bir gileyin asta partlayışı oldu:

— Allahverdi, qardaş, sən iki il bundan əvvəl mənimlə bu kafedə oturanda özün demirdinmi ki, yaxşı təkliflər vermişik, əsaslandırmışıq, amma qəbul etmirlər? Hər dəfə gileylənirdin. İndi Sizə təzə rəhbər gəldi. O da məlum məsələdir ki, kimin adamıdır. Onun gəlməsiylə iki qurumdan bir çox səlahiyyətlər və xidmətlər alınıb sizə verildi. Sən isə indi gəlib deyirsən ki, “biz təşəbbüs göstərdik, bacardıq”. Qardaş, sizə uğuru yeni rəhbər gətirdi, sizin təşəbbüsünüz və ağlımız yox.

Allahverdi dodağının altında gülümsədi. Bir az narahatlıqla stəkanın kənarını barmağıyla döyəclədi. Amma cavab vermədi.

Arzuman davam etdi. Artıq səsi daha sərt idi:

— Sizin qurum indi pul qazanmaq üçün alətlərlə doludur, pul gəlir, maaşlar artır, mükafatlar yazılır. Bizdə isə sıfır. Belə çıxır ki, sizə qızıl alət verilib, bizə isə taxta qaşıq. Sonra da deyirsiniz ki, “baxın, biz qazandıq, siz niyə qazana bilmədiniz?”

Allahverdi yenə səsini çıxarmadı.

— Bilirsən, məsələ təkcə bunda deyil, — Arzuman davam etdi. — Bizdə bir kadr 1500 manat maaş alır, eyni işi görən digər qurumda həmin işə görə 2500, hətta bəzi publiklərdə daha çox verirlər. Hələ başqa bir dostum var, deyir ki, mən öz komandamda işçi saxlaya bilmirəm. Bizim 2000 manat verdiyimiz layihə rəhbərinə yeni yaradılan bir qurumda 7000 manat təklif ediblər. O da çıxıb getdi. Mən kadrlarımı saxlaya bilmirəm. Sonra da bizdən iş tələb ediləcək və 6-7 min manat maaş verən qurumla bizi müqayisə edəcəklər ki, onlar daha yaxşı nəticələr əldə edib. Amma kimsə ayrılan vəsaitə və verilən səlahiyyətlərə diqqət etmir.

Bu qeyri-bərabərlik peşəkar kadr axınını ciddi artırır, qalanlar isə ya motivasiyasızdır, ya da sadəcə gözləyir.

Allahverdi çiynini çəkdi. Gözləri qarşı masadakı boş stəkanlara dikilmişdi.

— Nə demək olar... — deyə mızıldandı.

Arzuman son cümlələrlə həm fikrini yekunlaşdırdı, həm də Allahverdiyə cavab verdi:

— Publik hüquqi şəxslərlə bağlı məsələyə daha konseptual yanaşmaq lazımdır. Bu gün ölkədə minlərlə publik var. Qeyri-bərabər mühit var, mexanizmlər bərabər bölüşdürülməyib. Odur ki, onlardan birinin uğuru və ya bir başqasının uğursuzluğu həmin publikin idarəedicisi və ya komanda üzvləri ilə əlaqədar deyil. Bu ona verilən səlahiyyətlərlə əlaqədardır. Bu sahədə köklü dəyişikliklərə ehtiyac var.

Allahverdi uzun bir sükutdan sonra başını yellədi. Yavaşca gülümsədi və dedi:

— Qardaş, çayın soyudu, iç.

Eldəniz Əmirov,

iqtisadçı

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyun 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri