Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Pul sizi idarə etməməlidir, siz pulu idarə etməlisiniz!

Pul sizi idarə etməməlidir, siz pulu idarə etməlisiniz!

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, onu düzgün xərcləmək də ciddi bilik və maliyyə savadı tələb edir. Çünki insanlar pulu əldə etməyi bacarsalar da, planlı və məqsədyönlü şəkildə xərcləməyi bacarmırlar. Bəzən bu, maddi çətinliklərə, hətta borclanmalara yol açır. Bəs pulu düzgün idarə etməyin əsas şərtləri nədir? Ümumiyyətlə, pulla necə rəftar etməliyik?

Maliyyə eksperti İsmayıl Məmmədov "pul qazanmaq asandır, xərcləmək çətin” fikrinin çox doğru, real və bir az da acı olduğunu düşünür. Mütəxəssis bildirir ki, cəmiyyətimizdə insanlar gecə-gündüz çalışaraq pul qazanmağın yollarını axtarır, lakin bəzən qazandığını necə xərclədiyini, necə itirdiyini belə hiss etmir: "Elmi dillə desək, insan beyni qazanmağa fokuslandıqca xərcləməyə qarşı ayıq olmur. İqtisadi ədəbiyyatda bu, "maliyyə davranışlarının pozulması” kimi tanınır. Pul qazanmaq fiziki və ya intellektual zəhmətdir. Amma xərcləmək düşüncə, məsuliyyət, tərbiyə və bəzən özünə qarşı çıxmaq bacarığıdır. Sözün açığı, çox insan pulu idarə edə bilmədiyi üçün yoxsullaşır, pulu az olduğu üçün yox”.

Puldan düzgün şəkildə necə istifadə etməyə gəldikdə isə, maliyyə mütəxəssisi deyir ki, pul xərcləmək planla, məsuliyyətlə və məqsədlə olmalıdır: "Pul elə bir qüvvədir ki, doğru istifadə edilsə, səni azad edə, amma səhv istiqamətə getsə, əsarətə sala bilər. "Hər xərclədiyin manat sənə gələcəkdə nə qazandırır?” sualı ətrafında düşünməliyik. Qənaət imtina deyil, seçimdir. Bəzən bir "kredit kartı ilə alınmış” sevinc gələcəyin "borc yükünə” çevrilir. Biz ailələrə və gənclərə öyrətməliyik ki, qənaət sadəcə pul saxlamaq deyil, sabahın rahatlığı, uşağının təhsili, ailənin sabitliyidir”.

Pul qazanmaqla onu idarə etmək arasındakı fərqdən danışan mütəxəssis vurğulayır ki, pul qazanmaq iqtisadi aktivlik, onu idarə etmək isə həyat fəlsəfəsidir: "Eyni gəlirə malik iki insan düşünək. Biri illərlə mübarizə aparıb ev sahibi olur, digəri isə illərlə kirayədə qalır və nə vaxtsa "hara getdi bu pullar?”, - deyə düşünür. Fərq haradadır? Plan, nəzarət, maliyyə savadlılığı və iradədə. Unutmayaq ki, pul sadəcə alət kimi qiymətlidir. Onun kimdə olduğu yox, kim onu necə istifadə edir - əsas məsələ budur”.

"Azərbaycanda pul xərcləmə vərdişlərimizdə əsas problemlər nələrdir?” deyə soruşduqda İ.Məmmədov belə cavablandırır: "Ölkəmizdə bir çox insan maliyyəyə "qazan-xərclə” yanaşması ilə baxır. Yəni, pul gəlir dərhal xərclənir, sonda isə "artsa, qənaət edərik”, - deyə düşünür. Halbuki dünyada qəbul edilmiş düzgün maliyyə modeli bunun əksidir: əvvəl qənaət, sonra xərcləmə. Lakin problem yalnız metodda deyil, daha dərində -düşüncə tərzimizdədir. "Qonşudan geri qalma” psixologiyası, "kim nə deyər” sindromu insanları real ehtiyacdan çox, sosial görüntüyə xərcləməyə yönəldir. Çox sadə, amma düşündürücü bir misal: bugünkü Azərbaycanda minimum əməkhaqqı 400 manat, orta əməkhaqqı isə 1000 manat ətrafındadır. Amma 50 qəpiklik basabas metroda və avtobusda 2000, 3000, hətta 5000 manatlıq kreditlə alınmış smartfonlarla gəzən insanları görmək artıq adiləşib. Daha acınacaqlısı, bu telefonların sahibləri bəzən zəng vurmağa, internet paketi almağa balans tapmırlar. Bu misallar sadəcə fərdi davranış deyil. Bunlar maliyyə düşüncəmizin struktur problemlərini göstərir. Bu gün öz gəlirindən yuxarı səviyyədə yaşamağa çalışan cəmiyyət, sabah müflisləşmək riski daşıyır. Əslində sual budur: biz maddi rifaha çatmaq istəyirik, yoxsa rifahın görünüşünü göstərmək? Bu vərdişlər dəyişməyincə, ailələrin maliyyə dayanıqlığı zəifləyəcək, ən acınacaqlısı isə, gənc nəsil də eyni psixologiya ilə böyüyəcək. Əgər biz bu vəziyyəti dəyişmək istəyiriksə, ilk növbədə maliyyə savadlılığı təhsilini orta məktəbdən başlatmalı, ailədə uşaqlara pulun dəyərini öyrətməli, sosial mediada məsuliyyətsiz israf həyat tərzini tərif etməkdən imtina etməliyik. Unutmayaq, rəqəmlər dəyişmədən, düşüncə dəyişməz. Düşüncə dəyişmədən isə rifah, sadəcə şəkil çəkdirdiyimiz yalandır”.

Maliyyə eksperti büdcə planlamasına haradan başlamağın yollarından da danışdı. Həmsöhbətimiz bildirir ki, bunun ilkin şərti özünə qarşı dürüst olmaqdır: "Özümüzə qarşı dürüst olmalı, "nə qədər qazanıram, nə qədər xərcləyirəm, nəyə xərcləyirəm?” suallarına cavab tapmalıyıq. Bir dəftər, bir qələm, ya da bir mobil tətbiq - fərq etməz, aylıq gəlirləri və xərcləri yazmaqla başlayın. Sonra xərcləri "zəruri”, "arzuolunan” və "gərəksiz” olaraq təsnif edin. Ən vacibi isə maliyyə məqsədi qoyun. Bu məqsəd sizi həm ruhən, həm maliyyə baxımından yığcam və motivasiyalı saxlayacaq. Maddi durumunu düzəltmək istəyən biri ilk olaraq sakit oturmalı və öz-özünə bir etiraf etməlidir: "Mən bu vəziyyətdən çıxmaq istəyirəm və dəyişməyə hazıram. Sonra isə hazırkı borcları və öhdəlikləri qeyd edin. Qənaət etməyə dərhal başlayın, azdan başlamaq da bir başlanğıcdır. Pulsuz onlayn kurslardan, videolardan maliyyə savadlılığı öyrənməli, gəlir artırma yolları axtarmalısan. Əlavə bacarıq öyrənmək, freelans işləmək, ailə biznesi qurmaq və s. Pul sizi idarə etməməlidir, siz pulu idarə etməlisiniz”.

Məlumat üçün bildirək ki, pul xərcləmədə heyrətamiz nizam-intizamı və investisiyaları ağıllı şəkildə yatırması ilə tanınan milyarder Uorren Baffet pul xərcləməyin mənasız olduğu beş nüansdan danışıb. Onun fikrincə, yeni avtomobillərə pul xərcləmək mənasızdır. Baffetin fəlsəfəsinə görə, yeni bir avtomobil almaq verə biləcəyiniz ən dağıdıcı maliyyə qərarlarından biridir. O hesab edir ki, avtomobilə status və ya investisiya kimi deyil, nəqliyyat vasitəsi kimi baxmaq lazımdır.

Baffetin ikinci mənasız hesab etdiyi nüans yüksək faizli kreditlə alış-veriş etməkdir. Kredit kartları sərvət toplamağa imkan vermədən daimi ödənişlərin olduğu tələyə salır.

Üçüncüsü, mərc oyunları və lotereya biletləridir. Baffet mərc oyunlarını və lotereya biletlərini sərvət toplamaqda kökündən qüsurlu yanaşma kimi tənqid edir. Digər iki nüans isə böyük evlər və mürəkkəb investisiyalardır. 

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri