Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Pul sizi idarə etməməlidir, siz pulu idarə etməlisiniz

Pul sizi idarə etməməlidir, siz pulu idarə etməlisiniz

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkəmizdə bir çox insan maliyyəyə “qazan-xərclə” yanaşması ilə baxır. Yəni, pul gəlir, dərhal xərclənir, sonda isə “artsa, qənaət edərik”, - deyə düşünür. Halbuki dünyada qəbul edilmiş düzgün maliyyə modeli bunun əksidir: əvvəl qənaət, sonra xərcləmə. Lakin problem yalnız metodda deyil, daha dərində - düşüncə tərzimizdədir.
Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, onu düzgün xərcləmək də ciddi bilik və maliyyə savadı tələb edir. Çünki insanlar pulu əldə etməyi bacarsalar da, planlı və məqsədyönlü şəkildə xərcləməyi bacarmırlar. Bəzən bu, maddi çətinliklərə, hətta borclanmalara yol açır. Bəs pulu düzgün idarə etməyin əsas şərtləri nədir? Ümumiyyətlə, pulla necə rəftar etməliyik?
Çox insan pulu idarə edə bilmədiyi üçün yoxsullaşır
Maliyyə eksperti İsmayıl Məmmədov “pul qazanmaq asandır, xərcləmək çətin” fikrinin çox doğru, real və bir az da acı olduğunu düşünür. Mütəxəssis açıqlamasında bildirir ki, cəmiyyətimizdə insanlar gecə-gündüz çalışaraq pul qazanmağın yollarını axtarır, lakin bəzən qazandığını necə xərclədiyini, necə itirdiyini belə hiss etmir: “Elmi dillə desək, insan beyni qazanmağa fokuslandıqca xərcləməyə qarşı ayıq olmur. İqtisadi ədəbiyyatda bu, “maliyyə davranışlarının pozulması” kimi tanınır. Pul qazanmaq fiziki və ya intellektual zəhmətdir. Amma xərcləmək düşüncə, məsuliyyət, tərbiyə və bəzən özünə qarşı çıxmaq bacarığıdır. Sözün açığı, çox insan pulu idarə edə bilmədiyi üçün yoxsullaşır, pulu az olduğu üçün yox”.
Bir “kredit kartı ilə alınmış” sevinc
Puldan düzgün şəkildə necə istifadə etməyə gəldikdə isə, maliyyə mütəxəssisi deyir ki, pul xərcləmək planla, məsuliyyətlə və məqsədlə olmalıdır: “Pul elə bir qüvvədir ki, doğru istifadə edilsə, səni azad edə, amma səhv istiqamətə getsə, əsarətə sala bilər. “Hər xərclədiyin manat sənə gələcəkdə nə qazandırır?” sualı ətrafında düşünməliyik. Qənaət imtina deyil, seçimdir. Bəzən bir “kredit kartı ilə alınmış” sevinc gələcəyin “borc yükünə” çevrilir. Biz ailələrə və gənclərə öyrətməliyik ki, qənaət sadəcə pul saxlamaq deyil, sabahın rahatlığı, uşağının təhsili, ailənin sabitliyidir”.
Plan, nəzarət, maliyyə savadlılığı və iradə...
Pul qazanmaqla onu idarə etmək arasındakı fərqdən danışan mütəxəssis vurğulayır ki, pul qazanmaq iqtisadi aktivlik, onu idarə etmək isə həyat fəlsəfəsidir: “Eyni gəlirə malik iki insan düşünək. Biri illərlə mübarizə aparıb ev sahibi olur, digəri isə illərlə kirayədə qalır və nə vaxtsa “hara getdi bu pullar?”, - deyə düşünür. Fərq haradadır? Plan, nəzarət, maliyyə savadlılığı və iradədə. Unutmayaq ki, pul sadəcə alət kimi qiymətlidir. Onun kimdə olduğu yox, kim onu necə istifadə edir - əsas məsələ budur”.
Əvvəl qənaət, sonra xərcləmə
“Azərbaycanda pul xərcləmə vərdişlərimizdə əsas problemlər nələrdir?” deyə soruşduqda İ.Məmmədov belə cavablandırır: “Ölkəmizdə bir çox insan maliyyəyə “qazan-xərclə” yanaşması ilə baxır. Yəni, pul gəlir dərhal xərclənir, sonda isə “artsa, qənaət edərik”, - deyə düşünür. Halbuki dünyada qəbul edilmiş düzgün maliyyə modeli bunun əksidir: əvvəl qənaət, sonra xərcləmə. Lakin problem yalnız metodda deyil, daha dərində -düşüncə tərzimizdədir. “Qonşudan geri qalma” psixologiyası, “kim nə deyər” sindromu insanları real ehtiyacdan çox, sosial görüntüyə xərcləməyə yönəldir. Çox sadə, amma düşündürücü bir misal: bugünkü Azərbaycanda minimum əməkhaqqı 400 manat, orta əməkhaqqı isə 1000 manat ətrafındadır. Amma 50 qəpiklik basabas metroda və avtobusda 2000, 3000, hətta 5000 manatlıq kreditlə alınmış smartfonlarla gəzən insanları görmək artıq adiləşib. Daha acınacaqlısı, bu telefonların sahibləri bəzən zəng vurmağa, internet paketi almağa balans tapmırlar. Bu misallar sadəcə fərdi davranış deyil. Bunlar maliyyə düşüncəmizin struktur problemlərini göstərir. Bu gün öz gəlirindən yuxarı səviyyədə yaşamağa çalışan cəmiyyət, sabah müflisləşmək riski daşıyır. Əslində sual budur: biz maddi rifaha çatmaq istəyirik, yoxsa rifahın görünüşünü göstərmək? Bu vərdişlər dəyişməyincə, ailələrin maliyyə dayanıqlığı zəifləyəcək, ən acınacaqlısı isə, gənc nəsil də eyni psixologiya ilə böyüyəcək. Əgər biz bu vəziyyəti dəyişmək istəyiriksə, ilk növbədə maliyyə savadlılığı təhsilini orta məktəbdən başlatmalı, ailədə uşaqlara pulun dəyərini öyrətməli, sosial mediada məsuliyyətsiz israf həyat tərzini tərif etməkdən imtina etməliyik. Unutmayaq, rəqəmlər dəyişmədən, düşüncə dəyişməz. Düşüncə dəyişmədən isə rifah, sadəcə şəkil çəkdirdiyimiz yalandır”.
“Siz pulu idarə etməlisiniz”
Maliyyə eksperti büdcə planlamasına haradan başlamağın yollarından da danışdı. Həmsöhbətimiz bildirir ki, bunun ilkin şərti özünə qarşı dürüst olmaqdır: “Özümüzə qarşı dürüst olmalı, “nə qədər qazanıram, nə qədər xərcləyirəm, nəyə xərcləyirəm?” suallarına cavab tapmalıyıq. Bir dəftər, bir qələm, ya da bir mobil tətbiq - fərq etməz, aylıq gəlirləri və xərcləri yazmaqla başlayın. Sonra xərcləri “zəruri”, “arzuolunan” və “gərəksiz” olaraq təsnif edin. Ən vacibi isə maliyyə məqsədi qoyun. Bu məqsəd sizi həm ruhən, həm maliyyə baxımından yığcam və motivasiyalı saxlayacaq. Maddi durumunu düzəltmək istəyən biri ilk olaraq sakit oturmalı və öz-özünə bir etiraf etməlidir: “Mən bu vəziyyətdən çıxmaq istəyirəm və dəyişməyə hazıram. Sonra isə hazırkı borcları və öhdəlikləri qeyd edin. Qənaət etməyə dərhal başlayın, azdan başlamaq da bir başlanğıcdır. Pulsuz onlayn kurslardan, videolardan maliyyə savadlılığı öyrənməli, gəlir artırma yolları axtarmalısan. Əlavə bacarıq öyrənmək, freelans işləmək, ailə biznesi qurmaq və s. Pul sizi idarə etməməlidir, siz pulu idarə etməlisiniz”.
Pul xərcləməyin mənasız olduğu beş nüans
Məlumat üçün bildirək ki, pul xərcləmədə heyrətamiz nizam-intizamı və investisiyaları ağıllı şəkildə yatırması ilə tanınan milyarder Uorren Baffet pul xərcləməyin mənasız olduğu beş nüansdan danışıb. Onun fikrincə, yeni avtomobillərə pul xərcləmək mənasızdır. Baffetin fəlsəfəsinə görə, yeni bir avtomobil almaq verə biləcəyiniz ən dağıdıcı maliyyə qərarlarından biridir. O hesab edir ki, avtomobilə status və ya investisiya kimi deyil, nəqliyyat vasitəsi kimi baxmaq lazımdır.
Baffetin ikinci mənasız hesab etdiyi nüans yüksək faizli kreditlə alış-veriş etməkdir. Kredit kartları sərvət toplamağa imkan vermədən daimi ödənişlərin olduğu tələyə salır.
Üçüncüsü, mərc oyunları və lotereya biletləridir. Baffet mərc oyunlarını və lotereya biletlərini sərvət toplamaqda kökündən qüsurlu yanaşma kimi tənqid edir. Digər iki nüans isə böyük evlər və mürəkkəb investisiyalardır.  (Kaspi.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 İyul 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see404

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see324

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see303

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see302

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see299

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see291

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see280

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see277

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see273

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see259

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see255

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see251

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see237

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see216

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see212

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see185

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see176

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri