Icma.az
close
up
RU
Pul yığmaq insan ömrünü uzadırmış Alimlər SİRRİ AÇIQLADILAR

Pul yığmaq insan ömrünü uzadırmış Alimlər SİRRİ AÇIQLADILAR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri tərəfindən aparılan yeni genişmiqyaslı tədqiqat ilk dəfə olaraq birbaşa asılılığı müəyyən edib: insanın orta yaşda topladığı maliyyə aktivləri vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda və bununla da ömrün uzunluğunu artıra bilər.
Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri “JAMA Health Forum” elmi jurnalında dərc olunub və göstərir ki, maddi rifah təkcə rahatlığın deyil, həm də sağlamlığın vacib amilidir.
Alimlər maddi rifahla uzunömürlülük arasındakı əlaqəni izləmək məqsədilə öz sahəsində ən iri tədqiqatı aparıblar. Nümunəyə orta yaşı 46 olan 5,4 min nəfər yetkin şəxs, həmçinin onların 2,4 min yaxın qohumu, o cümlədən əkizlər daxil edilib — bu da genetik və tərbiyəvi amilləri nəzərə almağa imkan verib. 24 il ərzində mütəxəssislər iştirakçıların ölüm səviyyəsini izləyiblər.
Nəticələr aydın olub: orta yaşda daha çox kapital toplaya bilən insanlar az aktivə sahib olanlarla müqayisədə vaxtından əvvəl ölüm riskinə xeyli az məruz qalıblar.
Xüsusi maraq doğuran məqam ondan ibarətdir ki, eyni asılılıq qohumlar, o cümlədən bacı-qardaşlar arasında da müşahidə olunub.
“Eyni vəziyyət qohumlar arasında da müşahidə olunub, bu da pulla uzunömürlülük arasındakı əlaqənin yalnız irsiyyət və ya tərbiyə şəraiti ilə izah edilə bilmədiyini göstərir,” — deyə tədqiqat müəllifləri bildiriblər.
Tədqiqatçılara görə, maliyyə rifahı sağlamlığa dolayı yolla təsir edir, o cümlədən:
keyfiyyətli müalicə və profilaktik tibbi xidmət almaq şansı,
sağlam qidalanma imkanı,
aktiv həyat tərzi sürmək (istirahət, idmanla məşğul olmaq) şəraiti.
Beləliklə, maddi imkan yalnız rahatlıq deyil, həm də uzun və sağlam ömür üçün zəruri resursları təmin edir.
Müəlliflər vurğulayırlar ki, bu nəticələr yeni sosial və iqtisadi proqramların hazırlanması üçün ciddi əsas ola bilər. Bu proqramlar maliyyə bərabərsizliyini azaltmağa və əhalinin həyat səviyyəsini yüksəltməyə yönəldilə bilər ki, nəticədə bu, ictimai sağlamlığa da müsbət təsir göstərə bilər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Noyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri