Icma.az
close
up
RU
Pula görə başqasının uşağını bətnində DAŞIMAQ Azərbaycanda surroqat analıq QADAĞANDIR?

Pula görə başqasının uşağını bətnində DAŞIMAQ Azərbaycanda surroqat analıq QADAĞANDIR?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadın sonsuzluğu hazırda dünyanı narahat edən ən ciddi problemlərdən biridir.
Kişilər nəslinin davamçısı, qadınlar isə ana olmaq arzusu ilə bağlı tibbin müxtəlif yollarına baş vururlar.
Özəlliklə çeşidli səbəblərdən reproduktiv orqanlarında yaranan anatomik patologiyalar üzündən onlar bir çox yöntəmlərə əl atırlar. Bu metodlardan biri də son illər dünya ölkələrində geniş yayılan surroqat analıqdır.
Surroqat analıq — başqa şəxs və ya şəxslər üçün uşağın qadın tərəfindən bətndə saxlanılması və doğulmasıdır. Çox vaxt embrionun formalaşması üçün genetik material (sperma və oositlər) uşağın valideynləri tərəfindən verilir. Bəzi hallarda surroqat ana eyni zamanda genetik ana da ola bilir. Surroqat analıq hamiləliyin və doğuşun arzuolunmaz olduğu və ya tibbi baxımdan mümkün olmadığı, hamiləlik riskinin ana üçün çox təhlükəli olduğu və ya tək kişi və ya kişi cütlüyün uşaq sahibi olmaq istədiyi zaman tətbiq edilir.
 

MÖVZU İLƏ BAĞLI:
Yaşlı qadınlar daha çox əkiz uşaq dünyaya gətirir? – Ginekoloqdan AÇIQLAMA


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, surroqat analıq köməkçi reproduktiv texnologiya kimi təsnif edilir. Bəzi ölkələrdə surroqat analıq qanunsuzdur və insan alverinin bir növü hesab olunur.
Qeyd edək ki, uşaq sahibi olmağın bu yöntəmi ilk dəfə 1986-cı ildə ABŞ-da tətbiq olunub.
Son illər Azərbaycanda da bu metoda can atanlar var. Sosial şəbəkələrdə, TİK-Tok -da 30 yaşınadək qadınların follekul donoru olması ilə bağlı elanların sayı hər gün artır. Elanlarda qeyd edilir ki, 30 yaşadək qadınlar donor olarsa, 1000 manatadək pul qazana bilər.
Bəs, Azərbaycanda bu məsələ qanunvericilikdə necə əksini tapıb? Ümumiyyətlə, əksər həkimlərin insan istismarı saydığı bu yöntəmin tətbiqi qanunidirmi?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya danışıb. Bildirib ki, bizdə qanunvericilikdə bu anlayış yoxdur:
“Azərbaycan Respublikası bu anlayışı hüquqa qəbul etməyib. Ona görə də bu, birmənalı şəkildə pozuntu hesab olunur və cinayət məsuliyyəti nəzərdə tutulur. Bu qəbildən olan elanlar da qanun pozuntusudur. Bunları görəndə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır ki, araşdırılsın. Bu, gələcəkdə atası məlum olmayan şəxslərin doğulmasına gətirib çıxara bilər. Eyni zamanda gələcəkdə bacı-qardaş evliliyinə səbəb ola bilər ki, bu da ağır fəsadlar ortaya çıxara bilər”.
Hüquqşünas bildirib ki, “surroqat ana”lığı Avropanın inkişaf etmiş ölkələrinin çoxu qəbul etməyib:
“Çox az ölkə var ki, bu ifadəyə hüquqi status verib. Onlardan biri də Ukraynadır. İndi Ukraynada bununla bağlı xüsusi müqavilələr var. Bu müqavilələr dövlət tərəfindən təsdiq olunub. Nəzarəti də dövlət özü həyata keçirir. Ukrayna təcrübəsinə görə ata, ana və surroqat ana arasında üçtərəfli müqavilə bağlanır. Bu sənəd və məlumatlar da konfedensial saxlanılır. Surroqat ana həmin müqaviləyə görə maddi vəsaitini alır və üzərinə öhdəlik götürür ki, gələcəkdə uşağa sahiblənmək haqda heç bir iddia qaldıra bilməz. Bu öhdəliyin pozulması Ukrayna qanunvericiliyinə görə, cinayət hesab olunur.
Belə dövlətlərdə hüquq buna insan bədəni kimi yox, hüqüqi əşya kimi yanaşır. Dövlətlər də insan bədəninə mülki münasibətlərdə əşya anlayışı formasında yanaşır. Təxminən futbolçuların transferi məsələsi kimi. Bizdə isə belə məsələlərdə insan faktoru əsas götürülür. Ona görə də Azərbaycanda nə bu termin, nə də onun hüquqi statusu yoxdur”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri