Pullarımı Zeynəb Həsəni yığır
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi MTV-də yayımlanan verilişlərdən birində məclislərdən əldə etdiyi qazanc və pul yığmaq vərdişindən danışıb.
Şəbnəm efirdə qazancı barədə konkret məbləğ açıqlamağı sevmədiyini bildirib:
"Efirə çıxıb məclislərə hansı məbləğə getdiyimi, nə qədər qazancım olduğunu deməyi sevməmişəm. Az-çox pul yığıb özümə nəsə alıram, yaxud ev alaram. Hamı əziyyətlə qazanır".
Müğənni qənaətcil olduğunu da vurğulayıb:
"Mən qəpik-qəpik yığan adamam. Zeynəb Həsəni sağ olsun, o pullarımı yığır".
Şəbnəm Qəhrəmanovanın həmkarı Zeynəb Həsəninin onun qazancını toplamasına kömək etdiyini deməsi sosial şəbəkələrdə də maraq doğurub. Sənətçinin bu sözləri həmkarlar arasındakı etibar məsələsini gündəmə gətirib və müxtəlif reaksiyalara səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 Avqust 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















