Icma.az
close
up
RU
8 saatlıq iş rejimi müəllimlərin sayını azaldacaq? AÇIQLAMA

8 saatlıq iş rejimi müəllimlərin sayını azaldacaq? AÇIQLAMA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Azərbaycanda müəllimlərin digər peşə sahibləri kimi məktəbdə 8 saatlıq tam iş rejimi ilə çalışması təklifi geniş müzakirə olunur. Elm və təhsil naziri Emin Əmrullayev isə bu kontekstdə bəyan edib ki, “tam ştatlı müəllim” modeli, yəni gündəlik 8 saatlıq iş rejimi məktəbdə müəllimin “tam hüquqlu işçi” olduğunu hiss etməsinə xidmət etməlidir. Bu yanaşma həm tədris prosesinin təşkilində, eləcə də müəllimin peşəkar fəaliyyətinin dəyərləndirilməsində yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Təxminən 20 minə yaxın müəllimin bu prosesə cəlb olunması nəzərdə tutulur.

Yeni modelin tətbiqi ilə bağlı gözləntilər və narahatlıqlar isə təhsil sistemində balansın, iş yükünün və motivasiya mexanizmlərinin yenidən düşünülməsini aktuallaşdırır. Maraqlıdır, 8 saatlıq iş rejiminin tətbiqi müəllimlərin məktəbdəki tədris prosesindən uzaqlaşmasına və onların sayının azalmasına təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, 8 saatlıq iş rejimi bütün müəllimlərə təklif və şamil edilməyəcək.

“Əlbəttə, bu mərhələdə müəllimlərin prosesdən uzaqlaşması və sayının azalması mümkündür. Lakin bu, əsasən yalnız repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlər arasında ola bilər. Digər tərəfdən, tədrisə həvəsi olan, auditoriyada işləmək istəyən müəllimlər təbii ki, təhsil sistemində fəaliyyətlərini davam etdirəcəklər”.

Ekspertin fikrincə, qarşıdakı illərdə şagird sayında da azalma gözlənilir:

“Bu isə əhalinin təbii artım dinamikası ilə bağlı bir faktordur. Şagird sayının azalması məktəblərdə bəzi sinif və fənn müəllimlərinin ixtisarı ilə nəticələnə bilər. Eyni zamanda, sertifikasiya məsələsi də bu mərhələdə mühüm rol oynayır. Nazirlik tərəfindən aparılan optimallaşdırma və rasionallaşdırma tədbirləri, bəzi məktəblərin və ya məktəbdaxili siniflərin bağlanması da pedaqoji heyətin müəyyən qədər azalmasına səbəb olacaq”.

O, həmçinin vurğulayıb ki, belə şəraitdə ali təhsil müəssisələrinin plan yerləri də uyğun şəkildə azaldılmalıdır:

“Plan yerləri elə formalaşdırılmalıdır ki, mövcud tələbi və təklifi düzgün qarşılasın.

Onu da bildirmək istərdim ki, bu qərar ilk növbədə kişi müəllimlərin təhsil sisteminə qayıdışını stimullaşdıracaq ki, bu da müsbət dəyişikliklərə səbəb olacaq. Müəllimlərin əməkhaqları yüksələcək, məktəblərdə real tədris mühiti formalaşacaq və şagirdlərin auditoriyada öyrənmək imkanları genişlənəcək. Bundan əlavə, ali təhsil müəssisələrinə hazırlıq prosesi də məktəblərin öz daxilində, ştat müəllimləri hesabına həyata keçiriləcək və bu fəaliyyət dövlət büdcəsi tərəfindən maliyyələşdiriləcək. Ümumilikdə, bütün bu addımlar həm müəllimlərin, həm də təhsilalanların akademik göstəricilərinə müsbət təsir göstərəcək”,- deyə E.Əfəndi qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri