Pulmonoloqdan tövsiyə: Ağciyərləri qorumağın ən sadə üsulu
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Pulmonoloq Cimmi Yohannes ağciyərləri çirkli havanın zərərli təsirindən qorumağın sadə və təsirli yolunu açıqlayıb. Onun sözlərinə görə, meyvə qəbulu havadakı zərərli maddələrin ağciyərlərə təsirini azaldır.
Ölkə.az-ın məlumatına görə, "Women's Health" nəşrinə danışan həkim bildirib ki, bu üsulun effektivliyi son elmi tədqiqatlarla da təsdiqlənib. Məlum olub ki, meyvə yeyən insanlarda zərərli hava təsirindən sonra ağciyər funksiyası daha az azalır, nəinki meyvə yeməyənlərdə.
O, bunu meyvələrin tərkibindəki iltihab əleyhinə maddələrlə izah edib. Bu maddələr çirkli havanın yaratdığı oksidləşdirici stressə qarşı orqanizmi qoruyur.
Mütəxəssis əlavə edib ki, nəzərəçarpan nəticə yalnız gündəlik və kifayət qədər meyvə istehlakı zamanı əldə olunur. O, gündə ən azı 400 qram müxtəlif növ meyvə yeməyi tövsiyə edib.
Həmidə İbrahimova


