Icma.az
close
up
RU
Uşaqları mikroblardan qorumağın ən səmərəli üsulu peyvəndlərdir mütəxəssis tövsiyə edir

Uşaqları mikroblardan qorumağın ən səmərəli üsulu peyvəndlərdir mütəxəssis tövsiyə edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 aprel, AZƏRTAC

Peyvəndlər insan həyatını təhlükəli xəstəliklərdən, uşaqları, xüsusilə immun sistemi zəif inkişaf etmiş körpələri ciddi fəsadlardan qoruyur. Azərbaycanda immunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və xəstəliklərin azaldılmasına yönəlib. Hazırda uşaqlar arasında profilaktiki peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Peyvənd Təqviminə əsasən həyata keçirilir. Uşaqlar ilk iki peyvəndini doğum evində alır, sonra isə yaşadığı ərazi üzrə tibb müəssisəsində qeydiyyata düşərək 2 aylığından 6 yaşına qədər təqvimə uyğun profilaktiki peyvəndlərini davam etdirir. İmmunoprofilaktika proqramı körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır. Ölkədə aparılan immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçəsi isə eliminasiya olunub.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O, daha sonra deyib: “Uşaqların sağlamlığının qorunması sahəsində həyata keçirilən immunoprofilaktika Azərbaycanda səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biridir. İmmunoprofilaktika ictimai səhiyyə sahəsində bir sıra infeksion xəstəliklərin aradan qaldırılması və nəzarət altına alınmasına səbəb olan ən mühüm nailiyyətlərdən biridir. Ölkədə hazırda dövlət tibb müəssisələrində peyvənd təqviminə uyğun olaraq 0-6 yaş uşaqlar arasında 11 yoluxucu xəstəliyə qarşı vaksinasiya aparılır - Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, b tipli hemofil infeksiya, pnevmokok infeksiyalari, qizilca, epidemik parotit, məxmərək. Peyvəndlər insanları qeyd edilən xəstəliklərdən qoruyur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. Ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir”.

Uşaqları peyvənd etdirməyin vacibliyindən danışan mütəxəssis bildirib: “Uşaqlar hər gün ətraf mühitdəki minlərlə mikrobla təmasda olurlar. Həmin mikroblardan qorunmağın ən səmərəli üsulu peyvəndləmədir. Uşağın xəstələnməsini gözləmədən, onu peyvənd təqviminə uyğun peyvənd etdirmək mütləqdir. Peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox serotiplərindən qoruyur. Məsələn, Azərbaycanda tətbiq olunan pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 serotipindən qoruyur. Uşaq qızılca xəstəliyi keçiribsə belə, o, qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini ilə peyvənd olunmalıdır, çünki həmin vaksin onu həm də epidemik parotit və məxmərək xəstəliklərindən də qoruyaçaq.

Uşaq doğulduqda onun immun (müdafiə) sistemi bir çox mikroblara müqavimət göstərə bilir. Lakin onların arasında daha təhlükəli mikroblar var ki, uşaq onlara qarşı həssasdır. Peyvəndlər belə mikroblara qarşı erkən yaşlardan uşağın immun sistemini gücləndirmək üçün istifadə olunur. Peyvənd təqvimi elmi suburlara əsaslanaraq tərtib olunub. Hər peyvəndin təqvimə uyğun yaşda vurulması çox vacibdir. Çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan təhlükəli xəstəliklərə məruz qalma riski olduqca yüksəkdir. Həmçinin bu yaş dövründə peyvəndləmə nəticəsində daha güclü immunitet yaranır. Buna görə də, peyvəndlərin gecikdirilməsi uşaqların təhlükəli xəstəliklərə yoluxma riskini artırır. Gecikdirilmiş peyvəndləri müəyyən yaş həddinə qədər sonradan vurdurmaq olar. Lakin tez bir zamanda poliklinikaya müraciət edərək peyvəndləri vurdurmaq lazımdır”.

Direktor müavini deyib: “Kombinə edilmiş peyvəndlər bir inyeksiya vasitəsilə uşağı bir neçə infeksiyadan qoruyur. Bu, həm uşaq üçün ağrılı olan inyeksiyaların sayını azaldır, həm də valideynlərin tibb müəssisəsinə dəfələrlə gəlmə ehtiyacını azaldır. Hazırda Azərbaycanda tətbiq edilən kombinə edilmiş vaksinlərə QPM (qızılca, parotit, məxmərək əleyhinə), DT (difteriya, tetanus əleyhinə), GDT (göyöskürək, difteriya, tetanus əleyhinə) və Heksavaksin (göyöskürək, difteriya, tetanus, Hepatit B, B tipli hemofil infeksiya və poliomielit əleyhinə) peyvəndləri daxildir.

Vaxtından əvvəl doğulan uşaqlar anadan daha az qoruyucu anticisimlər alır. Anticisimlərin onların orqanizmindən daha tez xaric olması nəticəsində həmin uşaqlarda yoluxucu xəstəliklərdən müdafiə aşağı səviyyədə olur və infeksion xəstəliklərə yoluxma ehtimalı artır. Ona görə də vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr pediatrın təyinatı əsasında profilaktik peyvənd təqviminə uyğun peyvənd oluna bilərlər”.

“Peyvəndlər hər hansı dərman preparatı kimi bəzi yan təsirlərin yaranmasına səbəb ola bilər. Bu, normal haldır və uşaqlar üçün zərərli və təhlükəli deyil. Peyvənd vurulduqdan sonra ən çox rast gəlinən yan təsirlərə yüngül qızdırma, narahatlıq və peyvəndin vurulduğu nahiyədə qızartı, şişkinlik və yüngül ağrı daxildir. Həmin əlamətlər adətən bir neçə gün davam edir və yüngül müalicə ilə keçir. Əgər uşaqda narahat edən hər hansı bir reaksiya olarsa, həkimə müraciət edilməlidir”, - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri