Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? VİDEO
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər.
Moderator.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı keçirilən sorğu zamanı paytaxt sakini açıq şəbəkələrdən istifadə edərkən daim ehtiyatlı olduğunu deyib:
"Telefonda məlumatları ələ keçirə bilərlər. Mən həmişə belə məsələlərdə çox diqqətli oluram. İnsan gözünü dörd açmalıdır".
Digər sakin isə təhlükəni bildiyi halda bəzən açıq "Wi-Fi" şəbəkələrindən istifadə etdiyini etiraf edib.
Mütəxəssislər xüsusilə ictimai "Wi-Fi" şəbəkələrdən istifadə zamanı bank tətbiqlərində əməliyyat aparmamağı, internet üzərindən ödəniş etməməyi və məxfi məlumatların daxil edilməsindən mümkün qədər yayınmağı tövsiyə edirlər.
Bəs bu şəbəkələrdən istifadə edərkən dələduzların qurbanına çevrilən vətəndaşın hansı hüquqları var?
Vəkil Emil Aslanov bildirib ki, əməlin hüquqi qiymətləndirilməsi vurulan ziyanın məbləğindən və hadisənin konkret hallarından asılıdır:
"500 manatadək ziyanın vurulduğu xırda talama hallarında 160 saatdan 240 saatadək ictimai iş və ya müəyyən hallarda üç ayadək inzibati həbs tətbiq oluna bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















