İlon Maskdan Venesuelaya pulsuz İNTERNET
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İlon Mask, ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra, ölkəyə öz şirkəti olan Starlink vasitəsilə bir ay müddətinə pulsuz internet verəcəyini açıqladı.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, Mask Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ABŞ tərəfindən ölkədən çıxarılmasının ardından əməliyyata dəstək verən bir mesaj paylaşıb.
O, Maduro'yu "amansız bir tiran" adlandıraraq, Venesuelanın indi haqq etdiyi rifaha qovuşacağını ifadə edib.
Mask, həmçinin ABŞ Prezidenti Donald Trump-a da əməliyyatla bağlı təbrik mesajı göndərib. Bu paylaşım, aralarında narazılıq olduğu iddia edilən ikilinin münasibətləri baxımından diqqət çəkib. Mask, əməliyyatı dünya üçün böyük bir qələbə olaraq qiymətləndirərək, "Dünyanın hər yerindəki pis diktatorlara açıq bir mesajdır" deyə bildirib.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Yanvar 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















