Icma.az
close
up
RU
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? Batıgöz Klinikası pasiyetləri aldatmaqda ittiham olunur

Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? Batıgöz Klinikası pasiyetləri aldatmaqda ittiham olunur

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Yardımlı şəhər sakini Sadiq İsrafilov Batıgöz Klinikasının ödənişsiz göz müayinəsi adı altında pasiyentləri aldatmasından şikayətçidir.

O, bu barədə Bakupost.az -a müraciətində bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl klinikanın həkimləri Lənkərana səfər ediblər və sığorta ilə işləyəcəklərini vəd edərək, xəstələri Bakıya - Batıgöz Xəstəxanasına yönəldiblər:

"Lakin xəstəxanaya gedən zaman, xəstələr uzun növbələrə dayanır və son nəticədə məlum olur ki, Batıgöz bu cür xəstələri qəbul etmir. Bacım oğlu Elşən İsrafilov da eyni problemlə üzləşib. O, Yardımlı şəhərində yaşayır. Bölgənini digər göz xəstələri kimi o da ümidlə Lənkəranda Batıgöz Klinikasının həkimlərinə üz tutub. Amma həkimlər problemləri burda deyil, Bakıda həll edəcəklərini deyiblər. Bacım oğlu da atasıyla "Gənclik" metrosunun yaxınlığında yerləşən həmin klinikaya gəlib. Xeyli gözlədikdən sonra məlum olub ki, sən demə, ümumiyyətlə, Batıgöz bu cür xəstələri qəbul etmir! Nəticədə boşuna vaxt və xeyli pulu xərcləyiblər. Həkimin umduğunu vermədikləri üçün kor-peşman rayona dönməli olublar".

Klinika tərəfindən aldadıldığını deyən Elşən İsrafilov isə deyir ki, Bakıya gəldikdən sonra həkimlər ona əməliyyat olunmağı təklif ediblər:

"Sənədləri hazırlayanda bütün linzaların qiymətlərini elan etdilər. Biz də bildirdik ki, tibbi sığorta ilə gəlmişik. Çünki bizə demişdilər ki, Bakıya gəlin, sığorta ilə əməliyyat olunacaqsız. Bizdən 500 manat pul istədilər. Dedilər ki, guya sığortanın verdiyi linzalar pisdir, pul verin, yaxşısını verək. Biz də imtina etdik. Onların məqsədi əlavə linza adı ilə 500 manat almaq idi. Faktiki olaraq, həmin məbləği verənlər əməliyyat olundu, verməyənlər qapı dalında qaldı. Bu fırıldaqçılıqdan başqa bir şey deyil".

(Sadiq)

Məsələ ilə bağlı Batıgöz Klinikası ilə əlaqə saxladıq. Klinikanın insan resursları departamentinin rəhbəri Günel Məmmədli Bakupost.az -a açıqlamasında bildirib ki, şikayətçi Lənkəranda müayinə olunub və gözündə anadangəlmə ləkə olduğu üçün Bakıya gəlmək tövsiyə olunub. O qeyd edib ki, pasiyent müayinə üçün deyil, katarakt əməliyyatı üçün göndəriş alıb:

“Aydındır ki, Lənkəranın texniki imkanları Batıgöz qədər ola bilməz. Söhbət cihazlardan gedir. Mən həkimlə dəqiq maraqlandım. Biz həmin şəxsi Bakıya ona görə dəvət etmişik ki, müasir texnologiya ilə baxaq və gözündə nə olduğunu dəqiq müəyyən edək. Xəstə ödəniş etməmək üçün katarakt göndərişi alıb gəlib. Lakin biz burada onu iki həkimlə yoxladıqdan sonra gördük ki, görmə dərəcəsi 70 faizdən yuxarıdır. İcbari tibbi sığorta belə xəstələr pulsuz katarakt əməliyyatı etmir. Çünki görmə səviyyəsi 70 faizdən yuxarı olduqda bu, mümkün deyil. Görmə dərəcəsi çox zəif olmalı, yəni 50 faizdən də aşağı düşməlidir ki, icbari tibbi sığorta ilə əməliyyat mümkün olsun. Ona görə də həkimlər tərəfindən xəstəyə ağıllı linza məsləhət görülüb. Ağıllı linza görməni 100 faiz təmin etmək üçündür. Lakin ağıllı linza icbari tibbi sığorta zərfində yoxdur. Xəstə istəsə, ağıllı linzanı seçə bilər, istəməsə, adi linza qoydura bilər. Bu artıq xəstənin öz seçimidir və icbari tibbi sığorta bunu qarşılamır. Bu halda isə xəstə özəl xidmət kimi ağıllı linzanın pulunu ödəməli olur. Əgər xəstə bunu ödəmək istəmirsə, biz artıq onu icbari tibbi sığorta ilə əməliyyat edə bilmirik. Bu səbəbdən onun əməliyyatından imtina olunub".

Qeyd edək ki, Batıgöz Klinikası vaxtaşırı sosial şəbəkələrdə rayonlarda ödənişsiz göz müayinəsi ilə bağlı elanlar yerləşdirir. Lənkərandan başqa, yanvarın 5-də Bərdədə də belə bir əbul keçirilib. Maraqlıdır ki, şikayətçi Sadiq İsrafilovun üzləşdiyi problemlə bağlı sosial şəbəkədə paylaşımına rəy yazan digər vətəndaşlar da Batıgözün onları aldatdığındna şikayət ediblər.

Onu da qeyd edək ki, Batıgöz Klinikasından mövcud qanunvericiliyə görə, Elşən İsrafilovu tibbi sığorta ilə əməliyyat etmələrinin mümkünsüz olduğunu bildirsələr də, o, artıq digər özəl klinikalardan birində icbari tibbi sığorta ilə əməliyyat olunub.

Lalə, Bakupost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri