“Pulsuz Wi Fi” həqiqətən pulsuzdur?
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kafelərdə, restoranlarda, hotellərdə, alış-veriş mərkəzlərində və digər ictimai məkanlarda təqdim olunan pulsuz Wi-Fi artıq gündəlik həyatın adi hissəsinə çevrilib.
Bir neçə saniyə ərzində şəbəkəyə qoşulmaq internet paketinə qənaət etməyə imkan verir. Lakin pulsuz internetdən istifadə edərkən təhlükəsizlik və şəxsi məlumatların qorunması məsələsi də gündəmə gəlir. İctimai Wi-Fi şəbəkələrinin hamısını avtomatik olaraq təhlükəli hesab etmək düzgün deyil. Müasir internet xidmətlərinin böyük hissəsində məlumatlar şifrələnir və “HTTPS” bağlantısı istifadəçinin məlumatlarının şəbəkə üzərindən qorunmasına kömək edir. Bununla belə, təhlükə tamamilə aradan qalxmır.
ABŞ Federal Ticarət Komissiyası da ictimai Wi-Fi-dan istifadə zamanı şəbəkənin həqiqi olub-olmadığına diqqət yetirməyi və həssas məlumatların qorunmasına xüsusi önəm verməyi tövsiyə edir. Əsas problemlərdən biri saxta Wi-Fi şəbəkələridir. Məsələn, kafe və ya otelin adını təqlid edən şəbəkə yaradılaraq istifadəçilərin həmin şəbəkəyə qoşulması təmin edilə bilər.
ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) ictimai Wi-Fi-a qoşulmazdan əvvəl şəbəkənin adının və giriş qaydalarının məkanın əməkdaşlarından dəqiqləşdirilməsini tövsiyə edir.
Bəs istifadəçi Wi-Fi-a qoşulduqda şəbəkənin sahibi onun telefonunda nə etdiyini görə bilərmi?
“Cebheinfo.az”-ın araşdırmasına görə, burada “hər şeyi görə bilər” yanaşması düzgün deyil. Şəbəkə üzərindən ötürülən məlumatın hansı hissəsinin görünməsi istifadə olunan bağlantının şifrələnib-şifrələnməməsindən, tətbiqin və saytın təhlükəsizlik mexanizmlərindən asılıdır. “HTTPS” istifadə edilən saytlarda məlumatların məzmunu şifrələndiyi üçün şəbəkədə olan şəxsin istifadəçinin yazdığı parol və mesajı birbaşa oxuması mümkün olmur.
Lakin istifadəçinin hansı şəbəkəyə qoşulduğu, bağlantının vaxtı və digər texniki məlumatlar kimi müəyyən məlumatlar şəbəkənin işləməsi zamanı emal oluna bilər. Buna görə də ictimai Wi-Fi-ı şəxsi internet bağlantısı qədər etibarlı qəbul etmək düzgün deyil. Xüsusilə bank hesablarına daxil olmaq, kart məlumatlarını yazmaq, mühüm iş sənədlərinə giriş etmək və digər həssas əməliyyatları açıq şəbəkələr üzərindən həyata keçirmək risk yarada bilər.
CISA belə hallarda mümkün olduqda mobil internetdən istifadə etməyi tövsiyə edir. Digər təhlükə isə eyni şəbəkəyə qoşulan cihazların qarşılaşa biləcəyi kibertəhlükələrdir. Hücum edən şəxs saxta şəbəkə yarada, istifadəçini saxta sayta yönləndirə və ya zəif qorunan cihazlardan istifadə etməyə cəhd göstərə bilər. Buna görə telefon və tətbiqlərin yenilənməsi, güclü parollardan istifadə və iki mərhələli doğrulamanın aktivləşdirilməsi vacib təhlükəsizlik tədbirləri hesab olunur.
Azərbaycan qanunvericiliyində də fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətlər tənzimlənir. “Fərdi məlumatlar haqqında” qanunun məqsədləri sırasında şəxsi və ailə həyatının sirrinin qorunması da göstərilir. Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam isə sadədir: ictimai Wi-Fi-a qoşularkən şəbəkənin adını yoxlamadan avtomatik bağlantı yaratmamaq, həssas əməliyyatları mümkün qədər mobil internet üzərindən həyata keçirmək, telefonun proqram təminatını yeniləmək və saytın “HTTPS” ilə işlədiyinə əmin olmaq lazımdır.
CISA həmçinin ictimai şəbəkələrdə onlayn bankçılıq və digər həssas əməliyyatlardan çəkinməyi tövsiyə edir. Beləliklə, “pulsuz Wi-Fi”ın qiyməti mütləq şəkildə şəxsi məlumatların itirilməsi demək deyil. Ancaq istifadəçi hansı şəbəkəyə qoşulduğunu və həmin bağlantı üzərindən hansı məlumatları paylaşdığını bilmədən hərəkət edərsə, rahatlıq üçün seçdiyi pulsuz internet əlavə kibertəhlükəsizlik riski yarada bilər.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 08 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















