Icma.az
close
up
RU
Pulsuz Wi Fi TƏLƏSİ ŞOK XƏBƏRDARLIQ EDİLDİ

Pulsuz Wi Fi TƏLƏSİ ŞOK XƏBƏRDARLIQ EDİLDİ

Icma.az bildirir, Yenisabah portalına istinadən.

İctimai Wi-Fi şəbəkələri adətən açıq (şifrəsiz) və ya zəif mühafizə olunan şəbəkələrdir. Bu şəbəkələrdə məlumat axını şifrələnmədiyi üçün eyni şəbəkədə olan hakerlər və ya zərərli şəxslər ötürülən trafiki rahatlıqla izləyə (packet sniffing) və ya araya girə bilərlər. Bu səbəbdən mühafizə olunmayan ictimai Wi-Fi-dan istifadə yüksək risk daşıyır.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında İT mütəxəssisi Fərid Əmirov bildirib. Onun sözlərinə görə, şifrələnməmiş şəbəkələrdə hakerlər xüsusi proqramlar vasitəsilə daxil olunan saytları, giriş məlumatlarını (login, şifrələr), e-poçt və mesajlaşma məzmunlarını, habelə brauzerdə saxlanılan sessiya fayllarını (cookies) ələ keçirə bilərlər:

“Açıq Wi-Fi üzərindən bank əməliyyatları aparmaq ciddi dərəcədə təhlükəlidir və qətiyyən tövsiyə olunmur. Bank tətbiqləri özlüyündə şifrələnmiş trafikdən (HTTPS/TLS) istifadə etsə də, ictimai şəbəkələrdə Man-in-the-Middle (MitM) kimi hücumlarla trafik saxta serverlərə yönləndirilə bilər. Əgər bank əməliyyatı aparmaq mütləqdirsə, Wi-Fi-ı söndürüb mobil internetdən (3G/4G/5G) və ya VPN-dən istifadə etmək lazımdır”. Toyuqlu pizza

Ekspert qeyd edib ki, hakerlər tez-tez kafenin və ya məkanın adından istifadə edərək saxta giriş nöqtələri (Evil Twin) yaradırlar (məsələn: Aura_Cafe_Free əvəzinə Aura_Cafe_Guest).

İT mütəxəssisi ictimai şəbəkələrdən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün bir sıra vacib qaydalara əməl etməyi tövsiyə edir.

“İlk növbədə, məkanın rəsmi şəbəkəsi adətən şifrəli olduğundan heç bir şifrə tələb etməyən açıq şəbəkələrdən uzaq durmaq, eyni məkanda oxşar adlı iki şəbəkə gördükdə isə dəqiq adı işçilərdən soruşmaq lazımdır. Qoşulan kimi istifadəçini şübhəli keçidlərə, sosial şəbəkə hesabı ilə girişə və ya proqram yükləməyə məcbur edən giriş səhifələrindən (Captive Portal) ehtiyatlı olmaq vacibdir. Bütün internet trafikini şifrələyən VPN istifadə etmək, cihazlarda "Sərbəst Wi-Fi şəbəkələrinə avtomatik qoşul" funksiyasını, eləcə də fayl paylaşımı və AirDrop-u (Network Discovery / File Sharing) bağlamaq tövsiyə olunur. Həmçinin brauzerdə saytlara girərkən https:// və qıfıl simvolunun olmasına diqqət yetirilməli, hesabların təhlükəsizliyi üçün ikiölçülü doğrulanma (2FA) aktiv edilməlidir. Mütəxəssis xüsusilə vurğulayır ki, bankçılıq, onlayn alış-veriş və vacib e-poçt kimi məxfi əməliyyatlar yalnız şəxsi mobil internet vasitəsilə həyata keçirilməlidir”.

Cəlalə Cəlalqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri