Pulsuzluq Putinin sevimlisini vurdu Rusiyanın “Aurus” layihəsi donduruldu
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya hökuməti maliyyə çatışmazlığı səbəbilə “Aurus” layihəsi çərçivəsində vahid modul platformanın hazırlanmasını dayandırıb. 2024-cü ildə layihə üçün 160 milyard rubl ayrılması planlaşdırılsa da, 2026–2028-ci illəri əhatə edən yeni federal büdcədə bu məqsədlə vəsait nəzərdə tutulmayıb.
Bakupost.az “İnterfaks”a istinadən xəbər verir ki, Dövlət Dumasında çıxış edən Sənaye və Ticarət naziri Anton Alixanov bildirib ki, büdcə məhdudiyyətləri səbəbilə kapitallaşması yüksək olan bu layihədən müvəqqəti imtina edilib. Onun sözlərinə görə, hazırkı şəraitdə dövlət dəstəyi olmadan yerli istehsalçılar bu cür xərcləri qarşılaya bilməz. Nazirlik diqqəti daha çox kritik komponentlərin, o cümlədən elektrik və hibrid avtomobillər üçün hissələrin lokallaşdırılmasına yönəldir.
“Aurus” avtomobilləri Rusiya Prezidenti Vladimir Putin və nazirlərin daşınması üçün istifadə olunur. Layihə əvvəl “Kortej” adı ilə tanınırdı və dövlət tərəfindən qorunan şəxslər üçün lüks avtomobillərin istehsalını nəzərdə tuturdu. İlk “Aurus Senat” 7 may 2018-ci ildə Putinin andiçmə mərasimində təqdim olunub.
2025–2027-ci illər üçün qəbul edilmiş federal büdcədə layihəyə 80 milyard rubldan çox vəsait ayrılmışdı. Lakin 2026–2028-ci illər üçün büdcə layihəsində vahid modul platforma və FQUP “НАМИ” üçün subsidiyalarla bağlı heç bir qeyd yoxdur.
Rəsmi açıqlamalarda “Aurus” avtomobillərinin mühərrik və əsas aqreqatlarının Rusiyada istehsal edildiyi bildirilsə də, gömrük məlumatlarında bunun tam yerli istehsal olmadığını göstərilir. Məlumata görə, 2025-ci ilin yanvar–mart aylarında Şeremetyevo gömrük postu vasitəsilə “Aurus Senat” avtomobilləri üçün mühərrik yığımı məqsədilə Almaniya istehsalı olan filtrasiya qurğuları, muftalar, maxoviklər və digər komponentlər idxal olunub.
Göndərən tərəf Türkiyədə qeydiyyatdan keçmiş “Yeni Ufuklar Makina Kimya Dis Tic. Ltd. Sti.”, alıcı isə Rusiyada fəaliyyət göstərən “VRS Dijital” MMC olub.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Putinin avtomobilini buraxan zavod bağlanır “Aurus” ümidləri doğrultmadı
16 İyun 2026 18:21
Pulsuzluq da infarkt yaradır DİQQƏT
24 Sentyabr 2026 11:33
Qəfil ürək dayanmasının səbəbi tapıdlı: PULSUZLUQ
04 Yanvar 2026 17:14
“Pulsuzluq zəkanı azaldır” Psixoloqdan QALMAQALLI AÇIQLAMA
19 Oktyabr 2025 19:02
Putin Modini “Aurus”da gəzintiyə çıxardı Foto
01 Sentyabr 2025 10:20
Baxış sayı:180
Bu xəbər 11 Fevral 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















