“Pulu xırdala” bəhanəsi ilə dələduzluq Vətəndaşlara ÇAĞIRIŞ
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Yeni dələduzluq üsulu ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib.
Milli.Az-ın məlumatına görə, bəzi şəxslər bankomatdan pul çıxaran insanlara yaxınlaşaraq özlərində olan pulu xırdalamağı xahiş edirlər.
Onlar adətən "aparat bu pulu qəbul etmir"bəhanəsi ilə vətəndaşlardan kömək istəyirlər.
Məsələn, dələduz 100 manatlıq əskinas təqdim edərək qarşılığında iki 50 manatlıq əskinas istəyir. Vətəndaş tələsik və diqqətsiz davrandıqda isə ona saxta pul verilə bilər. Nəticədə dələduz həqiqi pulu götürür, saxta əskinas isə zərərçəkənin əlində qalır.
Bu, hər pul xırdalamaq istəyən şəxsin dələduz olduğu anlamına gəlmir. Lakin belə halların baş verdiyi nəzərə alınaraq, bankomatların qarşısında tanımadığınız şəxslərlə pul mübadiləsi apararkən son dərəcə diqqətli olmaq tövsiyə edilir.
Mina Mikayılova
Milli.Az
Baxış sayı:144
Bu xəbər 20 May 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















