Merdən vətəndaşlara ÇAĞIRIŞ
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Varşava meri Rafal Tşaskovski noyabrın 11-də Polşa paytaxtında keçiriləcək “Müstəqillik Yürüşü”nün iştirakçılarını təhlükəsizlik qaydalarına əməl etməyə, atəşfəşanlıqdan, silah gəzdirməkdən və təxribatçı şüarlardan çəkinməyə çağırıb.
“Cebheinfo.az” xəbər verir ki, “Polsat TV” merin açıqlamasını yayımlayıb.
Mer bildirib ki, tədbir zamanı raket və fişənglərdən istifadə edilməməli, hətta qanuni və boşaldılmış silahların belə gətirilməsinə yol verilməməlidir.
O, həmçinin polyakları bir-birindən ayıran, cəmiyyətdə qarşıdurma yarada biləcək şüarların səsləndirilməməsini istəyib. Tşaskovski hakimiyyətin kütləvi yürüşü qadağan edə biləcəyi ilə bağlı yayılan iddiaları da təkzib edib. Onun sözlərinə görə, tədbirin keçirilməsinə heç bir qadağa yoxdur və belə bir addımın atılması planlaşdırılmır.
Qeyd edək ki, “Müstəqillik Yürüşü” hər il noyabrın 11-də Polşanın Müstəqillik Günü münasibətilə Varşavada millətçi təşkilatların təşəbbüsü ilə keçirilir.
Bu il tədbirdə Polşa Prezidenti Karol Navrotskinin, eləcə də sağçı “Konfederasiya”, “İnkişaf Plus” və “Hüquq və Ədalət” partiyalarının liderlərinin iştirakı gözlənilir. Yürüş təşkilatçılarının məlumatına görə, 2025-ci ildə tədbirə təxminən 300 min nəfər qatılıb. Təşkilatçılar bu il iştirakçıların sayının 500 minə çata biləcəyini proqnozlaşdırırlar.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:98
Bu xəbər 11 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















