Icma.az
close
up
RU
Pulun dəyəri üçün kritik addım: Faiz artımının SİRRİ AÇILDI!

Pulun dəyəri üçün kritik addım: Faiz artımının SİRRİ AÇILDI!

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Müasir iqtisadi sistemlərdə faiz dərəcələri makroiqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır. Faizlərin yüksək olması bir sıra iqtisadi və maliyyə amillərlə əlaqəlidir. 

Faiz dərəcələrinin artırılmasının ən əsas səbəblərindən biri inflyasiya ilə mübarizədir. Mərkəzi banklar inflyasiya təzyiqlərini azaltmaq məqsədilə baza faiz dərəcələrini yüksəldirlər. Bu addım kreditlərin və istehlak xərclərinin azalmasına səbəb olur ki, nəticə etibarilə ümumi tələb daralır və qiymət artımları zəifləyir".

Bu fikirləri News24.az-a açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib.

Onun sözlərinə görə, Mərkəzi banklar, o cümlədən Azərbaycan Mərkəzi Bankı, pul təklifini tənzimləmək və milli valyutanın – manatın sabitliyini qorumaq üçün faiz dərəcələrini yüksək səviyyədə saxlaya bilər:

"Xüsusilə xarici valyutalara olan tələbat artdıqda, milli valyutanın dəyərini qorumaq məqsədilə monetar siyasət sərtləşdirilir.

Beynəlxalq maliyyə institutlarının, o cümlədən ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankının faiz artımı qərarları digər ölkələrin də monetar siyasətinə təsir edir. Qlobal kapital axınlarının ölkədə saxlanılması və sərmayələrin cəlbediciliyinin qorunması üçün yerli faiz dərəcələrinin uyğunlaşdırılması zəruridir.

İqtisadi və geosiyasi qeyri-müəyyənliklər, eləcə də maliyyə sektorunda yaranan etimadsızlıq halları, əmanətçilərin və investorların risklərini kompensasiya etmək məqsədilə yüksək faiz təkliflərini zəruri edir. Bu yanaşma maliyyə sisteminin dayanıqlığını təmin etməyə xidmət edir".

Ekspert bildirib ki, dövlətin yüksək həcmdə borclanması halında, daxili və xarici investorları cəlb etmək üçün təklif olunan faiz dərəcələrinin artırılması tələb olunur:

"Bu isə bazarda ümumi faiz mühitinin yüksəlməsinə səbəb olur.

Faiz dərəcələrinin yüksək olması sadəcə monetar qərar deyil, həm də inflyasiyanın nəzarətdə saxlanılması, milli valyutanın sabitliyinin qorunması, maliyyə bazarlarının təhlükəsizliyi və dövlətin maliyyə ehtiyaclarının qarşılanması baxımından strateji əhəmiyyət daşıyır".

T. Novruzəliyev həmçinin bankların müştərilərinin əvvəlki bank rəftarını da nəzərə alaraq və risklərini qiymətləndirərək daha yüksək risk kateqoriyasına aid müştərilərə kreditləri daha yüksək faizlə təklif etdiyini əlavə edib.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri