Icma.az
close
up
RU
Pulunu kitaba deyil, eşşək minməyə xərcləyənlərin aqibəti minilmək olur

Pulunu kitaba deyil, eşşək minməyə xərcləyənlərin aqibəti minilmək olur

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Təcrübə  göstərir ki, insan  nəyə maraq göstərirsə, o şey ona ürcah olur və yaxasından qopmur. Xalqımızın oğrulara, quldurlara, kriminallara... ürcah olmasının da səbəbi onlarla çox maraqlanması, onlardan oxumasıdır. Belə mövzuları  oxuyanlar həm mənəviyyatdan kasıb qalırlar, həm də maraqlandıqlarına ürcah olurlar. 

Əvvəllər paylaşdığım bir statusumda bəzi günlərdə kitab mağazalarında aksiyalar keçirərək,  övliyalar (Allah dostları, kəramət sahibləri) haqda yazdığım kitabları gələnlərə pulsuz paylamağımdan bəhs etmişdim. Təəssüf etmişdim ki, kitab hədiyyə etdiyim on oxucudan səkkizi kitabın mövzusunun insanın mənəvi kamilləşməsi olduğunu görüb, kitabı özümə qaytarırdılar və həmin mağazadan  baha qiymətə dedektiv kitablar alıb gedirdilər. Hətta bəziləri mənə xatırladırdılar ki, indi XXI əsrdir (Yəni, bu nə kitablardır bizə hədiyyə edirsən?).... 

İndi mən həmin cahillərə deyirəm: indi XXI əsr olduğu halda niyə başınızda oturanlar oğrular, quldurlar, banditlərdir??? Niyə onlardan canınızı qurtara bilmirsiniz??? İyirmi il bundan qabaq sizin bugünkü duruma düşəcəyinizi bildiyimə görə,  nisyə çap etdirdiyini  o kitabları sizə pulsuz paylayırdım ki, bəlkə mənəviyyatınızı paklaşdırasız, Allaha yaxınlaşasız ki,  qurda-quşa (oğruya, banditə) yem olmayasız. Amma siz o kitabları forsla üstümə atıb, gedib banditlərin (dedektiv) kitablarını satın aldınız (bantitlərlə maraqlandınız, onlarla nəfəs aldınız). Hələ də oğrularla, quldurlarla nəfəs alırsınız. Amma, artıq nəfəs almağınız çətinləşib; quldurların qiymət artımları sizin nəfəsinizi kəsmək üzrədir. 

Daha əvvəllər buradan bir yazı da paylaşmışdım - Xızır Zində (Beşbarmaq) pirində kitab satarkən müşahidə etdiklərim barədə. (Qeyd edim ki, mən həkim olmazdan öncə yazıçı idim və əsas mövzum Allah dostlarının, kəramət sahiblərnin həyatını araşdırmaq idi.) O vaxt statusda yazmışdım ki, Xızır Peyğəmbər və onun adına olan pirdən bəhs edən 160 səhifəlik, qalın obloşkalı araşdırma kitabımı həmin pirdə ziyarətçilərə satmaq istəyirdim ( nəşriyyat borclarını ödəmək üçün). Amma, kitabı dəyərindən ucuz təqdim etməyimə baxmayaraq, ziyarətçilərin  heç biri kitaba əhəmiyyət vermirdi. Fikir verirdim ki, bu hal kasıblıqdan deyil, harınlıqdan irəli gəlir. Çünki, görürdüm ki, kitabı almayanlar gedib bir neçə manat verib eşşək minirlər.  Maraq üçün kitabı aparıb eşşəklərin yanına qoydum və üstünə qiymətini iki manat yazdım ki, (eşşək minmək iki manat idi) görüm insanlar iki manatlarını  nəyə xərcləyəcəklər: kitaba, yoxsa eşşəyə?  Gördüyümdən dəhşətə gəldim: insanlar yenə də pullarını ziyarətinə gəldikləri övliyanın həyatını öyrənməyə deyil, eşşək minməyə xərcləməyə üstünlük verdilər... 
O vaxt bu mövzuda yazdığım məqalənin adı belə idi: "Pulunu kitaba deyil, eşşək minməyə sərf edən xalqın eşşək kimi minilməsi təbiidir". 

Nəhayət, bu kimi xoş niyyətlərimi, əziyyətlərimi  nəzərə alıb, Rəbbim məni həkim qərar verdi və peyğəmbərlərə bəxş etdiyi elmi (elmi-lədun) mənə də bəxş etdi. İndi bu elmlə tibb elminin sağalmaz hesab etdiyi xəstəlikləri də sağaldıb, insanlara belə xidmət edirəm. Bir vaxtlar kitablarımı bəyənməyib üstümə atan, XXI əsri gözümə soxan insanlar indi onların xəstəliklərinin sirrini açan kitablarımı oxumaq məcburiyyətindədirlər (!). (Nuh Peyğəmbər gəmi düzəldəndə onun gəmisini murdarlayanların aqibətini yada salın.) 

Mənim aqibətim (həkimlik fəaliyyətim) göz önündədir: sağalmaz xəstəlikləri sağalda bildiyimdən dünyanın bir çox ölkələrindən, cürbəcür millətlər elmindən faydalanırlar (Qüdrət ALLAHA məxsusdur) . Bəs oğruların, quldurların həyatını öyrənənlərin (dedektiv oxuyanların) aqibəti necədir?  Oğrulardan (onların qoyduqları cərimələrdən, qiymət artımlarından...) canlarını qurtara bildilərmi? İndi deyin görüm neçənci əsrdir və siz neçənci əsrə uyğun yaşayırsınız??? 

Söz ardı: Bu elm mənə veriləndən sonra dəfələrlə məni şərləyib əziyyət vermək istəyiblər... Hər dəfəsində yazdıqlarımın köməyini, mühafizəsini hiss etmişəm, qabaqcadan xəbərdar olunmuşam və şərləmək üçün gələnlər peşman olublar (ona görə sağ qalmışam). 
Bəs sizdə necədir, sizi şərləmək istəyəndə oxuduqlarınız dadınıza çatıbmı???

Paşa Yaqub ,
Həkim, elmi-lədun bilicisi, 39 kitab müəllifi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Oktyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri