Icma.az
close
up
RU
Azərbaycanda tibbi tullantıların aqibəti NECƏ OLUR?

Azərbaycanda tibbi tullantıların aqibəti NECƏ OLUR?

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ekologiyaya daha çox zərər vermə baxımdan ağıla ilk gələn tullantı növləri arasında tibbi tullantılar da yer alır. Təbiətə atılarsa, ciddi problem yaradacaq olan tibbi tullantılar düşündükcə ciddi narahatlıq doğurur.

Hər gün xəstəxanalarda kifayət qədər tibbi tullantı yaranır ki, bunların aqibəti necə olur, maraqlıdır.

TƏBİB tabeli tibb müəssisələrində tibbi tullantılarla bağlı məsələlər necə tənzimlənir?

Redaktor.az xəbər verir ki, bu barədə Trend-in sorğuauna cavab olaraq TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin icrası məqsədilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 14 iyul 2023-cü il tarixli 988-VIQ nömrəli Qanununun müvafiq maddələrinin tələbinə uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalı üzərindən (etender.gov.az) satınalma prosesi həyata keçirilir:

"Eyni zamanda satınalmada iştirak edən təchizatçılardan "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq bu Qanunun 1 nömrəli əlavəsinin 1 və 9-cu (Toksiki istehsalat tullantılarının zərəsizləşdirilməsi, utilizasiyası, Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması) bəndlərində göstərilən fəaliyyət növləri üzrə lisenziyaları, habelə tibbi tullantının çeşidlənmə və müvəqqəti saxlama fəaliyyəti ilə məşğul ola bilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş ekspertiza rəyini, təşkilatın fəaliyyətini əks etdirən ekoloji pasportu, Təhlükəli Tullantılar Pasportunu və digər əlaqəli sənədləri surətininin satınalan təşkilata təqdim etmələri tələb olunur”.

"Tibb müəssisələrindən hasil olan tibbi tullantıların toplanması, müvəqqəti saxlanması, daşınması və zərərsizləşdirilməsi xidmətləri isə "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanunun və digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir”,- qurumdan əlavə edilib.

Nöqsanlar aşkarlandıqda onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür...

Səhiyyə Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən tibb müəssisələrində tibbi tullantıların idarə olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli, 213 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə uyğun şəkildə həyata keçirilir.

Qeyd edilib ki, bu proses tullantıların kənarlaşdırılması və emalını təmin edən dövlət və ya özəl müəssisələrlə bağlanmış müvafiq müqavilələr əsasında yerinə yetirilir:

"Tibb müəssisələri daxilində tibbi tullantıların toplanması, müvəqqəti saxlanması və kənarlaşdırılması proseslərinə dövlət sanitariya xidmətinin yerli qurumları tərəfindən nəzarət olunur. Nöqsanlar və çatışmazlıqlar aşkarlandıqda onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür.

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın icrası çərçivəsində, respublika ərazisindəki tibb müəssisələrində tibbi tullantıların idarə olunması üzrə pilot layihə həyata keçirilir. Bu layihə çərçivəsində Səhiyyə Nazirliyinin strukturuna daxil olan "Səhiyyənin İnformasiyalaşdırılması” PHŞ və "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəssisləri ilə birlikdə "Tibbi tullantılar modulu” üzrə elektron məlumat bazası yaradılıb və bu istiqamətdə işlər davam etdirilir”.

"Bundan əlavə, "Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə əsasən, "Tullantılarla işləmək qaydaları və təhlükəli tullantılarla düzgün davranışın təşkili” mövzusunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzində tibb müəssisələrinin mütəxəssisləri üçün təlimlər təşkil olunur”,- Nazirlikdən vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri