Icma.az
close
up
RU
Pulunuz çox olsa da, bu yerlərə girişiniz mümkün deyil FOTOLAR

Pulunuz çox olsa da, bu yerlərə girişiniz mümkün deyil FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Qloballaşmaya, texnologiyaya və nəqliyyatdakı irəliləyişlərə baxmayaraq, dünyada hələ də ziyarət edə bilməyəcəyiniz yerlər var.

"Unikal" həmin yerləri təqdim edir: 

Vatikanda gizli arxiv

Bu arxivdə 85 kilometr rəf, 35.000 cild ədəbiyyat, son 12 əsrdə bəşər tarixini əhatə edən sənədlər qorunur. Buradakı arxivdə yüksək dərəcədə məxfi sənədlər var. Məsələn, uzun müddətdir itirildiyi düşünülən Tampliyer Cəngavərlərinin məhkəmə transkriptləri və ya 1521-ci ilə aid Martin Lüteri kilsədən qovan Papa Bullunun əmri. Vatikan gizli arxivində, həmçinin, ən böyük gizli ədəbiyyat kolleksiyası da var. Lakin təxmin etdiyiniz kimi, oraya daxil olmaq asan deyil. Yalnız az sayda akkreditə olunmuş alimlərin arxivə girişi var.

Braziliyada Keymada-Qrandi adası

San-Paulo sahillərindən təxminən 100 kilometr məsafədə yerləşən bu toxunulmamış ada yer üzündə cənnət kimi görünə bilər. Amma bu yalnız ilk baxışdan belədir. Keymada-Qrandi, sözün əsl mənasında, ölümcül ilanlarla doludur. Alimlərin hesablamalarına görə, adanın hər kvadrat metrində 1-5 ilan var. Həmçinin nəzərə almaq lazımdır ki, bu ilanların güclü zəhəri dişləmənin ətrafındakı əti əridib bir neçə dəqiqə ərzində insanı öldürə bilər.

51-ci Sahə, ABŞ

Nevada ştatının cənubundakı səhranın ortasında yerləşən hərbi baza 1950-ci ildə inşa edilib. Sərhədləri hasarlanmamış, narıncı dirəklər və xəbərdarlıq nişanları ilə işarələnmişdir. Sirr aurası sayəsində məşhur 51-ci Sahə yer üzündəki ən gizli yerlərdən biri hesab olunur. Baza ilə bağlı iddialara görə, buradan yadplanetli texnologiyalarını və ya gizli nüvə silahlarını sınaqdan keçirmək üçün istifadə edilir. Bu iddialarla bağlı iİndiyə qədər heç bir aydın dəlil və ya inandırıcı təkzib yoxdur.

Surtsey adası, İslandiya

1963-cü ildə güclü vulkan püskürməsi planetin ən gənc adalarından birini yaratdı. Surtsey tez bir zamanda bakteriya, göbələk və kif üçün cənnətə çevrildi. Sonradan adadakı bitki və heyvan növlərinin sayı eksponensial olaraq artdı. Təbii tarazlığı qorumaq üçün yalnız tədqiqatçılara Surtseyə baş çəkməyə icazə verilir. 

Lasko mağaraları, Fransa

Eramızdan əvvəl 18-15-ci əsrlərə aid edilən, atlar, öküzlər, bizonlar və bir neçə pişik təsviri olan təxminən 600 rəsm əsəri məşhur Lasko mağarasının daxili divarlarını bəzəyir. 1963-cü ilə qədər ərazi turistlər üçün açıq idi. Lakin alimlər çoxsaylı ziyarətçilərin buraxdığı karbon qazının rəngarəng təsvirləri məhv etdiyini aşkar etdilər. Bu gün mağaranı yalnız seçilmiş bir neçə nəfərin ziyarət etməsinə icazə verilir.

Qlobal Toxum Anbarı, Norveç

Əfsanəvi toxum anbarı Yer üzündə bitki örtüyünün məhv olmasının qarşısını almaq üçün inşa edilib. Nüvə müharibəsi və meteorit düşməsi kimi digər qlobal fəlakətlər hələ də ehtimal olunur. 4,5 milyon toxum nümunəsi olan bank 120 metr dərinlikdə yerləşir və partlayışa davamlı qapılarla təchiz olunub. Buna görə də, adi insanların ora girməsinə icazə verilmir.

Nuranə Abbasova 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Noyabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri