Icma.az
close
up
RU
Bu vərdişləriniz yoxdursa, pulunuz da olmayacaq

Bu vərdişləriniz yoxdursa, pulunuz da olmayacaq

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ildə maliyyə çətinliyi yaşayanlardan deyil, pulunu qoruyan və artıranlardan olmaq üçün bəzi əsas vərdişləri indidən formalaşdırmaq vacibdir.

Milli.Az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, pulun idarə olunması təkcə qazancdan yox, düzgün davranışlardan asılıdır.

Qeyd olunur ki, insanlar pul itirməmək üçün dörd vərdişi özündə formalaşdırmalıdır:

Pulu izləmək: Pulun hara getdiyini bilmədən onu qorumaq mümkün deyil. Gəlir və xərcləri yazmaq, gündəlik maliyyə axınını izləmək lazımsız xərcləri açıq şəkildə üzə çıxarır. İnsan yalnız bu mərhələdə anlayır ki, pulu nəyə və niyə xərcləyir.

"Sonra yığaram" düşüncəsindən imtina: "Sonra yığaram" fikri çox vaxt heç vaxt baş tutmur. Maaş və ya gəlir daxil olan kimi pul dərhal kateqoriyalara bölünməlidir. Gəlirin 10, 15 və ya 20 faizi əvvəlcədən yığıma yönəldilməlidir. Qalan məbləğ isə aylıq xərclərə uyğun planlaşdırılmalıdır.

Kredit rahatlığına yox, real pula güvən: Rahatlıq üçün kreditə üz tutmaq uzunmüddətli maliyyə itkisinə səbəb olur. Cibində real olaraq nə qədər pul varsa, xərcləmə də ona uyğun olmalıdır. Kreditlə maaşdan qat-qat baha alışlar etmək və sonradan borc ödəmək pul yığmağı mümkünsüz edir və insanı daimi itki dövrünə salır.

Pul hərəkətdə olmalıdır: Yığılan pulun yalnız bir yerdə saxlanması kifayət deyil. İnflyasiya səbəbindən hərəkətsiz pul zamanla dəyər itirir. Bu səbəbdən yığılan vəsaitin bir hissəsi səhm bazarı, kriptovalyuta, bank alətləri və digər investisiya imkanları vasitəsilə dövriyyəyə buraxılmalıdır. Bunun üçün maliyyə savadlılığı və müəyyən bacarıqlar qazanmaq vacibdir.

Qeyd olunur ki, bu dörd vərdişi həyatına tətbiq edənlər 2026-cı ildə pulu bitənlərdən yox, pulunu idarə edən və artıranlardan olacaq.

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Yanvar 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri