Puşkin adına Dövlət Rus Dili İnstitutunun nümayəndələri ADPUnun Quba filialında AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialı Bakıdakı Rus evinin həyata keçirdiyi “Rus dilinin səfirləri” beynəlxalq proqramının nümayəndələrinin təqdimatına ev sahibliyi edib. Proqram çərçivəsində Puşkin adına Dövlət Rus Dili İnstitutunun nümayəndələri filialın bir qrup tələbəsi ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Bildirilib ki, Quba filialının direktoru dosent Yusif Alıyev və Bakıdakı Rus evinin nümayəndəsi Lyubov Yakunina çıxış edərək, qarşılıqlı faydalı əməkdaşlıqdan, eləcə də Azərbaycan-Rusiya əlaqələrindən danışıblar.
Qonaqlar tələbələr ilə görüşdə rus mədəniyyətindən söhbət açıb və interaktiv oyunlar keçiriblər. Sonda tələbələr arasında yığcam formatda sorğu keçirilib, onlara sertifikat və hədiyyələr təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 23 Dekabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















