Putin 25 il əvvəl nə üçün prezident olmaq istəməyib?
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin 25 il əvvəl ovaxtkı dövlət başçısı Boris Yeltsinlə söhbətində prezident olmaq istəmədiyini deməsinin səbəbini izah edib.
"Unikal" xəbər verir ki, jurnalist Pavel Zarubinə müsahibəsində Putin deyib:
"Birincisi, mənim üçün gözlənilməz oldu, ikincisi, bəlkə də, istəmədim, çünki hazır olmadığımı düşünürdüm. Bu, bununla bağlı idi. Ölkə üçün, onun qorunub saxlanması və inkişafı üçün çox kəskin, təxirəsalınmaz və eyni zamanda həyati vacib məsələlər var idi".
Rusiya liderinin sözlərinə görə, o, prezidentliyin onun üçün nə demək olduğunu düşünürdü, lakin ilk növbədə ölkə qarşısında qoyulan vəzifələri necə həll edəcəyini fikirləşirdi
"Mən bunu bacara biləcəyəmmi, öhdəsindən gələ biləcəyəmmi, bunu düşünmüşəm", - deyə Rusiya prezidenti bildirib.

