Putin 3 dostunu itirdi, daha biri hədəf göstərildi: Kremli qorxuya salan təhlükə
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putinlə Venezuela Prezidenti Nikolas Maduro arasında dekabrın 11-də telefon danışığı baş tutub. Söhbət zamanı Putin Venesuela xalqı ilə həmrəyliyini ifadə edib və Maduronun hakimiyyət kursuna dəstəyini bildirib.
Ağ Evin mətbuat katibi Karolina Levitt telefon danışığına münasibətdə Rusiya və Venezuela liderləri arasındakı əlaqənin ABŞ Prezidenti Donald Trampda hər hansı narahatlıq yaratmadığını söyləyib. Maraqlıdır ki, Trampın hazırda həm Putinlə anlaşılmazlıq yaşadığı, həm də Maduro hakimiyyətinin devrilməsinə çalışdığı bildirilir.
Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Venezuela hər zaman Rusiyadan dəstək alıb:
“Putin və Maduro arasında telefon danışığının baş tutması üçün xüsusi səbəb və ya ABŞ-la bağlı əlavə gərginliyə ehtiyac yoxdur. Ukrayna müharibəsindən əvvəl də Venesuela və Rusiya eyni geosiyasi qütbdə dayanırdı. Son illər Moskva ciddi şəkildə öz müttəfiqlərini itirib. Məsələn, Müəmmər Qəddafi Liviyada, Bəşər Əsəd Suriyada, Səddam Hüseyn isə İraqda devrildi. Latın Amerikasında isə Rusiyanın ən əsas və fundamental müttəfiqi məhz Venezueladır.
Rusiya çalışır ki, bu ölkənin dəstəyini və regiondakı yeganə strateji tərəfdaşını itirməsin. Xüsusilə də Maduroya qarşı çevriliş və ya inqilab planlarının qarşısını almağa cəhd edir. Şübhəsiz ki, digər bir məqsəd Ukrayna məsələsində Qərbə qarşı daha çox təzyiq aləti əldə etməkdir. Kreml burada Venezueladan bir növ ‘kart’ kimi istifadə etməyi də düşünə bilər”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 12 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















