Icma.az
close
up
RU
Rusiyanın dostları Kremli dəstəkləmədi Putin əliboş qayıtdı?

Rusiyanın dostları Kremli dəstəkləmədi Putin əliboş qayıtdı?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gözlənildiyi kimi, Hindistanda keçirilən BRİKS liderlərinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilməyib. Başqa sözlə, BRİKS üzvləri Rusiya və İranı dəstəkləməyiblər. Yekun bəyannamədə Tehran və Moskva Qərb ölkələrinin hədəf seçilməsini istəyirdilər. Ancaq başda sammitin ev yiyəsi - Hindistan olmaqla BRİKS üzvlərinin bir qismi ABŞ və Ukraynanın hədəf seçilməsinin əleyhinə olublar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yekun bəyannamədə fikir ayrılıqlarının olduğunu etiraf edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Hindistanda keçirilən BRİKS sammitinin nəticələri haqda qeyd edib.

“Rusiya Ukraynaya qarşı işğalı müharibə aparır. Belə olan halda BRİKS üzvlərinin Rusiyanı dəstəkləmələri mümkün deyildi. İranı dəstəkləyən bəndin bəyannaməyə salınmasına isə digər üzv dövlət Birləşmiş Ərəb Əmirlikləri razılaşa bilməzdi. Çünki Birləşmiş Ərəb Əmirlikləri İranın ən çox raket və dron zərbəsinə məruz qalan ölkədir. BRİKS-də qəribə vəziyyət yaranıb, qurumun bir üzvü (İran) digər üzvünün (Birləşmiş Ərəb Əmirlikləri) ərazisinə zərbələr endirib və bu proses yekunlaşmayıb.

Buna baxmayaraq, BRİKS üzvləri digər məsələlərdə konsesusa nail olublar. Bəyannamədə BRİKS ölkələri Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğuna inandıqları birtərəfli tarif və qeyri-tarif tədbirlərinin genişləndirilməsindən narahatlıqlarını ifadə ediblər. BRİKS üzvləri malların sabit axınını təmin etmək, qlobal təchizat zəncirlərini qorumaq və fasiləsiz enerji təchizatını təmin etmək üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıblar. Üzv ölkələr həmçinin qarşılıqlı ticarətdə milli valyutaların istifadəsinin genişləndirilməsi üzərində işləməyə davam etmək niyyətlərini bəyan ediblər”, - politoloq vurğulayıb.

E.Şahinoğlu xatırladıb ki, bəyannamədə beynəlxalq təhlükəsizliyə həsr olunan bəndlər də yer alıb:

“BRİKS üzvləri münaqişələrə səbəb olan problemlərin aradan qaldırılmasını müdafiə ediblər. Bundan başqa bəyannamədə nüvə təhdidlərilə bağlı narahatlıqlarını bildiriblər. Bu bənd əslində Rusiyaya aid olmalıdır. Çünki Ukraynaya qarşı müharibə dönəmində müxtəlif ölkələri nüvə silahıyla təhdid edən açıqlamaları məhz rusiyalı rəsmilər səsləndirirlər.

BRİKS üzvləri Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması məsələsində fikir birliyinə varıblar. Üzv dövlətlər bəyannamədə Yaxın Şərqdə uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün dialoq və diplomatiya yolu ilə səyləri dəstəklədiklərini vurğulayıblar. Bu mənada BRİKS üzvləri İsrail-Fələstin qarşıdurmasının BMT bəyannamələri əsasında “iki dövlət üçün iki xalq” prinsipi ilə həllində tərəfdar olduqlarını bildiriblər. Bəyannamədə İsrailin siyasətinin qəbul olunmadığına dair bir neçə bənd var. Bu bəndlərin birində üzvlər Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş hər hansı birtərəfli tədbirləri rədd etdiklərini vurğulayıblar. İsrailin Qəzza zolağında humanitar yardımın təmin edilməsi ilə bağlı hüquqi öhdəliyi xatırladılıb.

Bəyannamənnin Suriya ilə bağlı hissəsində də İsrailə işarə edilib: “Biz işğalçı qüvvələrin Suriyadan çıxarılması zərurətini bir daha təsdiqləyirik”. İsrailin hərbi qüvvələri Suriyanın cənubundakı əraziləri işğal edib və həmin əraziləri tərk etmək planları yoxdur.

BRİKS üzvləri yekun bəyannamədə uzaq Kubanı da umutmayıblar. BRİKS liderləri ABŞ-ın adını çəkmədən bu dövlətin Kubaya qarşı birtərəfli embarqonun sərtləşdirilməsi və bunun ölkə iqtisadiyyatına, enerji təchizatına və humanitar vəziyyətə mənfi təsiri ilə bağlı dərin narahatlıqlarını bildiriblər.

Yeni Dehlidə BRİKS+ sammiti də keçirilib. Bu sammit Hindistan üçün xüsusi əhəmiyyət kəsb edib. Çünki Yeni Dehli BRİKS-in genişlənməsinin və bununla Qlobal Cənub prinsipinin real mexanizmə çevrilməsinin tərəfdarıdır. Qlobal Cənub konsepsiyası Hindistanı Yaxın Şərq, Afrika, Asiya dövlətləriylə daha sistemli şəkildə əlaqələndirir. Hindistan BRİKS-in beynəlxalq düzəni əvəz etməsini istəmir. O, BRİKS-in mövcud düzən daxilində Hindistanın danışıqlar gücünü artırmasını hədəfləyir.

Buna baxmayaraq, Yeni Dehlidə keçirilən sammit də göstərdi ki, BRİKS üzvləri arasında mövcud fikir ayrılıqları ortadan qaldırılmayıb. BRİKS-in daha güclü olması üçün Rusiya-Ukrayna müharibəsi, o cümlədən İran ətrafındakı gərginlik və SEPAH qüvvələrinin Körfəz ölkələrinin ərazilərinə zərbələri dayandırılmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Sentyabr 2026 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri