Putin ABŞ a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın nümayəndələrinə növbəti dəfə Donetsk vilayətini ələ keçirəcəyinə söz verib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Nyu Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
“Putin deyib ki, ona cəmi bir neçə ay da lazımdır. Bu, yəqin ki, son beş il ərzində verdiyi 17-ci və ya 18-ci belə vəddir. Həmişə eyni şeydir: daha bir neçə, bir neçə ay, sonra isə müddəti yenidən uzadır. Putin bu dəfə də məğlubiyyətə uğrayacaq”, – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, bundan sonra Putin bütün dünyaya yalnız Ukraynanın Donbasdakı işğal olunmuş əraziləri ilə kifayətlənmək niyyətində olmadığını bir daha göstərəcək:
“O, daha çox şəhərimizi – Odessa, Xarkov, Dnepr və digər şəhərləri ələ keçirmək istəyir. Kremldə kimsə hətta üzərində “Kiyevə doğru” yazılmış bir şəkil də nümayiş etdirib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 Sentyabr 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















