Icma.az
close
up
RU
Putin Azərbaycanla bağlı mövqeyini dəyişir? AÇIQLAMA

Putin Azərbaycanla bağlı mövqeyini dəyişir? AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.

Liderlərin telefon danışığını Redaktor.az-a şərh edən politoloq Akif Nağı bildirdi ki, bu zəngi Bişkekdəki görüşlərin və təmasların davamı kimi dəyərləndirmək olar:

"Rusiya rəhbəri Azərbaycanla münasibətlərə, belə görünür ki, yenidən baxmaq istəyir. Düzdür, bununla bağlı aydın əlamətlər hələ görünmür. Eyni zamanda, bu, regiondakı situasiya ilə bağlıdır. Təbii ki, müzakirələr gedir və regionun siyasi lideri İlham Əliyevlə məsləhətləşmələr aparılır. Bu telefon danışığının Paşinyanın Moskvaya səfəri ərəfəsində baş tutması da qətiyyən təsadüfi deyil. İndi Paşinyan hansı planla gedəcək, hansı mövqedən çıxış edəcək, hələlik məlum deyil. Onların açıqlamalarında Rusiyadan əlaqələrin kəsilməsindən söz getmir. Qeyri-müəyyən vəziyyəti saxlamağa çalışırlar. Yəni Rusiya ilə əlaqələri, ən azı iqtisadi əlaqələri saxlamağa çalışırlar. Bu gün mənim gördüyüm və müşahidə etdiyim ondan ibarətdir ki, Rusiya Prezidenti Ermənistanla münasibətləri Azərbaycanın razılığı ilə, Azərbaycanla müzakirələr aparmaqla və bu müzakirələrdən sonra müəyyənləşdirir. Çünki burada həm regionun lider dövləti Azərbaycandır və bununla hesablaşırlar, eyni zamanda, Azərbaycan ərazisindən bu əlaqələr həyata keçirilir. Müəyyən mallar Ermənistana göndərilir, əlaqələr saxlanılır. Bunların hamısı Azərbaycan tərəfi üçün vacibdir".

Siyasi şərhçi vurğuladı ki, Azərbaycan hansısa məqamda bu əlaqələri dayandıra da bilər:

"Yəni Rusiyadan gedən malların Ermənistana keçirilməsinə maneələr və məhdudiyyətlər qoya bilər. Ona görə də bu, çoxvektorlu bir məsələdir. Bilirsiniz ki, Ukrayna ilə bağlı da, Rusiya-Ukrayna münasibətlərinin nizama salınması ilə bağlı müəyyən məlumatlar var. Amerika Prezidentinin xüsusi nümayəndələri Uitkoff və Kuşner dəfələrlə səfərlər etdilər. Həm Moskvada, Kremldə Putinlə görüşdülər, eyni zamanda, Ukraynada Zelenski ilə görüşdülər. Hələlik belə proqnozlar verilir ki, hansısa sənədin imzalanması və üçtərəfli görüşün – Amerika, Rusiya və Ukrayna arasında görüşün – keçirilməsi gözlənilir. İlk dəfədir ki, mən hesab edirəm, hər iki tərəf Amerikanın dəvəti ilə atəşkəs elan etdi. Bunun nəticəsi hələ o qədər də inandırıcı deyil, çünki Rusiya ilə Ukrayna arasında həll olunmamış çoxlu məsələlər var. Amma hər halda bu, bir addımdır.

Ona görə Rusiya da Ukrayna ilə bağlı yeni bir situasiyaya düşür. Bununla bağlı, mən hesab edirəm ki, Azərbaycan Prezidenti ilə məsləhətləşməyə ehtiyac duyulur. Burada həm digər amillər var – Ermənistan amili, Ukrayna amili var – və bunlar Azərbaycan Prezidenti ilə məsləhətləşməni zəruri edir. Amma əsas məsələ, mən hesab edirəm ki, Azərbaycanla münasibətləri nizama salmağa çalışırlar. Etdikləri hərəkətlərdən müəyyən qədər peşmançılıq çəkirlər və həmin səhvləri düzəltməyə çalışırlar. Başa düşürlər ki, Azərbaycanla diktat dilində danışmaq, diktə etmək olmaz. Azərbaycanla məsələləri müzakirə edib, ortaq məxrəcə gəlmək lazımdır. Mən bu telefon zəngini və bu danışıqları, birinci növbədə, bunun əlaməti kimi dəyərləndirirəm".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Sentyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri