Icma.az
close
up
RU
Putin Bakıya hərbi gəmi ilə gəldi KONKRET

Putin Bakıya hərbi gəmi ilə gəldi KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə gündəmi Ramiz Mehdiyevin həbs xəbəri ilə dolub-daşır. Prezident Administrasiyasının keçmiş rəhbəri barəsində Səbail Rayon Məhkəməsinin oktyabrın 14-də çıxardığı qərar 3 gündür eninə-uzununa dartışılır. Hər kəs bu qərarın gerçək səbəblərini tapmağa çalışdığı vaxtda gündəm daha bir xəbərlər dalğalandı.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, sən demə, Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərini Azərbaycan tərəfində Rusiya çatdırıb. APA-nın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, R.Mehdiyev dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.

Etibar Məmmədovla Ramiz Mehdiyevi birləşdirən Şura…

Arxiv foto

Dövlət Şurası mövzusu 30 ildir ki, Azərbaycan siyasətində vaxtaşırı səsləndirilir. İlk dəfə bu təkliflə AMİP-in lideri Etibar Məmmədov çıxış edib. O, 90-cı illərin əvvəllərində bir neçə dəfə Azərbaycanda prezident üsul-idarəsinin yığışdırılmasını, əvəzində Dövlət Şurası yaradılmasını, siyasi palitranın müxtəlif nümayəndələrinin bu Şurada təmsil olunması ideyasını irəli sürüb. 1995-ci ilin OMON qiyamı ərəfəsində Rövşən Cavadov da Dövlət Şurası ideyası ilə çıxış edirdi. O, hətta Moskvaya sığınmış Ayaz Mütəllibovun, Kələkiyə getmiş Əbülfəz Elçibəyin də bu Şurada təmsilçiliyinə isti yanaşdığını ifadə edirdi. Sonrakı dövrlərdə də ayrı-ayrı siyasətçilər bu formatla bağlı təkliflər irəli sürdülər.

İddialara görə, Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan lideri İlham Əliyevlə görüşdə Ramiz Mehdiyevin hakimiyyət çevrilişi haqda məlumat verib. İndi hər kəsi düşündürən sual budur: Vladimir Putin nədən Ramiz Mehdiyevi satıb? Həqiqətən belə bir hal olubmu? Yoxsa bu planın üstünü Azərbaycan xüsusi xidmət orqanları açıb?

“Milyarderlər İttifaqı”ndan “Mehdiyev planına”…

Abbas Abbasov

Burda yada 2013-cü ilin əvvəllərində Moskvada yaradılan “Milyarderlər İttifaqı” layihəsi düşür. Bu ittifaqda Rusiyada yaşayan Azərbaycan əsilli iş və siyasət adamları cəmlənmişdi. Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun liderliyi ilə yaradılan təşkilatda iş adamı İsgəndər Xəlilov, diaspora sədri Söyün Sadıqov, kino-ssenarist Rüstəm İbrahimbəyov, “LUKoyl” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov, “AST” şirkətinin rəhbəri Telman İsmayılov və s. şəxslər təmsil olunurdu. 2013-cü ilin prezident seçkisi ərəfəsində qəfil təşkilatlanan azərbaycanlı milyarderlər güc mərkəzi kimi ortaya çıxdılar. Bu gücün Azərbaycana və onun müstəqil siyasətinə qarşı yönəldiyi deyilirdi.

Sonra layihə Bakıda müxalifətin geniş spektrinin təmsil olunduğu Milli Şura (MŞ) formatına keçdi. Milli Şuranın aparıcı qüvvəsi Müsavat və AXCP idi. Ölkədə elə bir siyasi təşkilat, ictimai şəxs yox idi ki, Milli Şuraya üzv yazılmasın. Bu quruma hakimiyyətin ən real alternativi kimi baxırdı ora yığışanlar. Ona görə də hər kəs özünü MŞ-də görmək istəyirdi.

Maraqlıdır ki, hələ o dövrdə Ramiz Mehdiyevin adı “Milyarderlər İttifaqı” və Milli Şura layihəsi ilə bir yerdə çəkilirdi. Qəzetlər yazırdı ki, bu anti-Azərbaycan layihəsində Mehdiyevin də barmağı var…

Moskvadakı “baronlar” rəsmi Bakının təzyiqindən yayınmaq üçün Milli Şura ideyasını ortaya atdılar. Beləliklə, Azərbaycan dövləti Rusiya paytaxtında yaradılan, maliyyələşən, siyasi yön verilən bir təşkilatla üz-üzə qalmışdı. 2013-cü il may ayının 28-də Milli Şura elan edildi. Burda əsas məqam yeni yaradılan MŞ-nin cümhuriyyət dövründəki Milli Şuranın varisi olduğu ideyasını aşılamaq idi. Bununla Moskva izini itirməyə çalışırdılar. MŞ özünə Rüstəm İbrahimbəyovu sədr seçdi. Amma o, seçkiyə az qalmış MŞ-nin vahid namizədi olmaqdan imtina etdi, əvəzində Cəmil Həsənli bu rolu üzərinə götürdü.

Hələ o vaxt deyilirdi ki, hakimiyyətə yaxınlığı ilə seçilən milyarderləri Azərbaycan hakimiyyətinə qarşı Kreml təşkilatlandırıb. Vladimir Putinin təkidi ilə onların bir yerə toplanması baş verib. Sonra baş verənlər bu tezisin yaşama haqqı olduğunu bir növ isbatlamış oldu.

Rusiya lideri Bakıya niyə hərbi gəmi ilə gəlmişdi?

Bakı, 13 avqust, 2013-cü il

V.Putin 2013-cü ilin avqust ayında Bakıya gəldi. Ənənəvi marşrutla və nəqliyyatla yox – hərbi gəmi ilə. O, İlham Əliyevlə görüşüb, danışıqlar apardı. Ekspertlər qeyri-rəsmi məlumatlara istinadla deyirdilər ki, prezidentlərin görüşündə “Milyarderlər İttifaqı” mövzusu da müzakirə edilib. Putinin bu məsələdə Bakı qarşısında müəyyən öhdəliklər götürdüyünə dair də məlumatlar yayılırdı. Həqiqətən, bu səfərdən sonra “Milyarderlər İttifaqı” məsələsi xeyli səngidi. Rüstəm İbrahimbəyov Milli Şura ilə arasına məsafə qoydu. Hətta MŞ-nin rəhbər heyətinin Tbilisidə R.İbrahimbəyovla görüşü də nəticəsiz başa çatdı.

Beləliklə, Vladimir Putin 12 il öncə Bakıya qarşı təşkil etdiyi deyilən şantaj və təzyiq mexanizmini – “Milyarderlər İttifaqı”nı Xəzərin dəlisov dalğalarının ağuşuna atdı. Görünür, həmin vaxt onun Azərbaycana indiki kimi ehtiyacı yaranmışdı. Bu səbəbdən də azərbaycanlı “baronları” bir çırpıda xərclədi…

Tarix təkrar olur…

Bundan 12 il sonra Vladimir Putin Kremlə sığınan daha bir azərbaycanlı “baronu” – Ramiz Mehdiyevi keçi qiymətinə Bakıya satıb? APA-nın məlumatında deyilənlərə istinad etsək, bəli. Rusiya prezidenti indi Bakıya və İlham Əliyevə daha çox möhtacdır. Üstəlik, Ramiz Mehdiyev 87 yaşındadır. İstifadəyə yararsız hala düşüb. Kreml ondan Bakıya qarşı “xoxan” düzəldə bilmir.

R.Mehdiyev 60 yaşlarında olsaydı, yəqin, Moskvanın daha çox işinə yarayardı. Və ondan Bakıya qarşı təzyiq mexanizmi kimi istifadə edərdi. Necə ki, sabiq prezident Ayaz Mütəllibovu illərlə bu şəkildə bəslədi. Düzdür, ondan da bir şey çıxmadı. Axırda Azərbaycan dövləti Mütəllibova sahib çıxdı, onu Bakıya çağırdı, ev, bağ, maşın, mühafizəçi və yüksək pensiya verdi. Ramiz Mehdiyevin belə bir şansı yoxdur. Bütün körpüləri yandırıb. Hakimiyyətdən aldığı hər şeyi itirmək üzrədir…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri