Icma.az
close
up
RU
Putin bu ssenarini heç bir halda istəməz AÇIQLAMA

Putin bu ssenarini heç bir halda istəməz AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən günlərdə  Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşü keçirilib. Qeyd edilib ki, görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh planının bir neçə variantı müzakirə edilib.

Politoloq Sultan Şahidov Moskva danışıqlarını Redaktor.az-a şərh edərkən bildirdi ki, görüş produktiv keçsə də, müəyyən narazılıq yaradan məqamlar var:

"Düşünürəm ki, bir neçə məsələdə Rusiya yenilənmiş Tramp planını, yəni 28 maddədən 20 maddəyə düşürülən tam planı qəbul etmir. Söhbət burada ərazi məsələsindən gedir. Donbasdan ukraynalıların tam çıxması Ukrayna tərəfindən qəbul olunmur. Digəri isə Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsidir. Ukraynanın ordusuna limit qoyulması məsələsi var ki, Ukrayna və Avropa bununla razılaşmır. Çünki bir ölkənin iradəsi ilə başqa ölkənin ordusuna məhdudiyyət qoyulması həmin ölkənin suverenliyinə ciddi təhdiddir".

Onun sözlərinə görə, danışıqlar dalana dirənib və bu danışıqların yaxın bir ayda nəticə verəcəyi real görünmür:

"Çünki tərəflər arasında ciddi mövqe fərqləri var və Rusiya da güzəştə getmək istəmir. Bu müharibə Rusiyaya ciddi itkilərə səbəb olub - həm hərbi cəhətdən, həm iqtisadi cəhətdən. Baxmayaraq ki, müəyyən əraziləri ələ keçirir, amma bu əraziləri ələ keçirməsi Rusiya üçün indiki mərhələdə kifayət deyil. O, daha çox ərazi nəzarətə almağa çalışır, Ukraynanın şərqində hakim mövqe tutmağa çalışır və Ukraynada rejim dəyişikliyini həyata keçirməyə çalışır ki, Ukraynada Rusiyaya bağlı biri hakimiyyətə gəlsin. Yəni bu baxımdan Rusiyanın indiki mərhələdə istəklərinə dəyişiklik edəcəyi real görünmür. Çünki bu baş verərsə, artıq müharibənin məqsədləri ilə bağlı Rusiya daxilində suallar yaranar. Bu da Putinin legitimliyini istər-istəməz şübhə altına almış olar ki, Putin də bu ssenarini heç bir halda istəməz".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri