Putin çətin seçim qarşısındadır "Nyusvik"
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyada keçiriləcək növbəti parlament seçkilərinə altı həftə qalıb və Kiyevə endirilən zərbələrlə ölkə daxilində nüfuzunu qorumağa çalışan Vladimir Putin çətin seçim qarşısındadır.
Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” nəşri yazıb.
Nəşrin qeydinə görə, Putinin rəhbərlik etdiyi Vahid Rusiya Partiyasının seçkilərdə uduzmaq ehtimalı azdır. Uzun illər ərzində formalaşdırılmış idarəetmə sistemi səbəbindən partiya üzvlərinin seçkiqabağı kampaniyanı xüsusi fəallıqla aparmasına ehtiyac qalmayıb.
Bildirilir ki, Ukraynanın neft emalı zavodlarına, enerji infrastrukturuna və Rusiyanın ən böyük elektron ticarət şirkəti “Wildberries”in anbarlarına uzaqmənzilli zərbələr endirməsi ölkənin gəlirlərinin azalmasına və daxildə ciddi yanacaq çatışmazlığına səbəb olub. Cəbhə xətti nisbətən sabit qalsa da, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusuna ağır itkilər verdiyi vurğulanır.
Jurnalistlərin fikrincə, Putinin bu problemləri həll etmək üçün əlində olan variantların əksəriyyəti Dövlət Dumasına seçkilər ərəfəsində həm riskli, həm də ictimaiyyət arasında populyar olmayan addımlar olardı. Lakin o, Rusiya cəmiyyətini müharibənin nəticələrindən nə qədər uzun müddət qorumağa çalışsa, Kiyevin mövqeləri bir o qədər güclənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Avqust 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















