“Putin Çindəki sammitdə iştirak edəcək” Lavrov
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Prezidenti Vladimir Putin noyabr ayında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak edəcək”.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda Çin XİN rəhbəri Van İ ilə keçirdiyi görüş zamanı bəyan edib.
“Rusiya Prezidenti və Si Cinpin bu il artıq iki dəfə görüşüblər. Qarşıdakı ayda isə Rusiya Prezidenti APEC sammitində iştirak etmək üçün Şençjen şəhərinə səfər edəcək. Rusiya Çin lideri ilə növbəti danışıqları səbirsizliklə gözləyir”, – deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində baş tutacaq.
Xatırladaq ki, Putin bundan əvvəl “Valday” klubunun iclasında APEC sammiti çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünün mümkünlüyünü bildirmişdi. ABŞ Prezidenti Donald Tramp da sammitdə iştirakını artıq təsdiqləyib. Çinin Moskvadakı səfiri Çjan Xanhuey isə Putin, Tramp və Si Cinpin arasında mümkün üçtərəfli görüşün çoxqütblü dünyanın formalaşmasına müsbət təsir göstərəcəyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 Oktyabr 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















