Icma.az
close
up
RU
Putin “çıxaq” dedi, Paşinyan “çıxın” demədi, bunun 3 səbəbi var

Putin “çıxaq” dedi, Paşinyan “çıxın” demədi, bunun 3 səbəbi var

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bişkekdə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın qarşısına çox açıq bir sual qoydu. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı Putin jurnalistin sualına cavabında bildirdi ki, əgər Ermənistan hesab edirsə ki, Rusiyanın hərbi bazası ona lazım deyil, biz hətta sabah gedərik.

Ardınca əlavə etdi ki, heç kimə heç nəyi zorla qəbul etdirməyəcəyik. Bu, əslində, topun Moskvanın meydanından İrəvanın meydanına atılması idi. Putin məsələni açıq şəkidlə qoydu. Bildirdi ki, baza Ermənistana lazımdırsa, qalırıq, lazım deyilsə, gedirik.

O zaman belə bir sual yaranır: Paşinyan niyə “çıxın” demədi? Doörudur, Putin bu fikirləri Paşinyanla müzakirədə demədi, jurnalistə cavabında dilə gətirdi. Məsələ ondadır ki, Paşinyan istəsəydi, xüsusi mətbuat konfransı keçirib fikrini bildirə bilərdi. Yaxud da ən azından öz sosial media hesablarında münasibət açıqlayardı. Bunun heç biri olmadı.

Analitiklərə görə, bunun ən azı üç ciddi səbəbi var.

Birinci səbəb odur ki, Paşinyan Rusiyanın qapısını tam bağlamaq istəmir. Paşinyanın son illərdə Rusiyadan məsafə saxlamaq siyasəti açıq görünür. Amma məsafə saxlamaq münasibətləri tam qoparmaq anlamına gəlmir. Bişkekdə də bunun əlaməti açıq göründü. Paşinyan Putinlə görüşdə Ermənistanın Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi və münasibətlərə yeni yanaşmanın lazım gəldiyini söylədi.

Deməli, İrəvanın hazırkı siyasəti “Rusiya ilə hər şeyi bitirmək” xətti üzrə istiqamətlənməyib. Görünən odur ki, Rusiyadan asılılığı azaltmaq, amma Moskva ilə bütün körpüləri yandırmamaq Ermənistanın hazırki prioritetidir. Gümrüdəki baza məsələsində “çıxın” demək isə həmin körpülərdən birini çox ciddi şəkildə yandırmaq olardı. Paşinyan bunu etmək istəmir. Çünki Ermənistanın Rusiya ilə yalnız hərbi deyil, iqtisadi, enerji və digər sahələrdə də ciddi əlaqələri qalır. Bu səbəbdən Paşinyan üçün ən rahat mövqe qapını açıq saxlamaqdır.

İkinci səbəb odur ki, Paşinyan “çıxın” dedikdən sonra gələn sualdan qorxur. Rusiya rahat şəkildə prosesləri izləyəcəkmi?
Çünki Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan öncə Avropa Birliyi ilə bağlı məsələdə Ermənistana Ukraynanı xatırlatmışdı. Təhlillər göstərir ki, əsl problem Rusiyanın Gümrüdən çıxması deyil, Rusiya çıxdıqdan sonra yaranacaq boşluqdur. Paşinyan Rusiyanın hərbi mövcudluğunun azalmasını istəyə bilər. Amma siyasətdə istəmək başqa, alternativ yaratmaq başqadır.

Ermənistan son illərdə Avropa İttifaqı, ABŞ, Fransa və Hindistanla təhlükəsizlik əlaqələrini genişləndirib. Lakin bunların heç birinin Gümrüdəki Rusiya bazasının yaratdığı təhlükəsizlik mexanizmini birbaşa əvəz etdiyi barədə İrəvanın hazır modeli yoxdur.

Paşinyan mart ayında da Rusiya hərbi bazasının Ermənistanın Avropa istiqamətinə mane olmadığını bildirmişdi. Fevralda isə İrəvanın 102-ci bazanın çıxarılması ilə bağlı planının olmadığını demişdi. Deməli, Paşinyan üçün “Rusiya getsin” demək çox ağırdı, hətta siyasi baxımdan böyük riskdir.

Üstəlik, Gümrüdəki baza ətrafında iqtisadi və sosial əlaqələr də formalaşıb. 2026-cı ilin iyununda Ermənistan mediasında bazada çalışanlarla və baza ətrafındakı bizneslərlə bağlı məsələlərin seçki kampaniyası kontekstində də gündəmə gəldiyi görünürdü. Yəni Rusiya çıxarsa, yalnız hərbi xəritədə dəyişiklik olmayacaq. Ünvan olaraq Gümrüdə, ümumən isə Ermənistanın siyasətində və cəmiyyətində də ciddi nəticələr yarana bilər.
Üçüncü səbəb isə odur ki, Paşinyan məsuliyyəti öz üzərinə götürmək istəmir. Bəlkə də ən mühüm səbəb budur. Putin çox ağıllı şəkildə bütün məsuliyyəti Ermənistanın üzərinə qoydu. “İstəyirsinizsə, gedək” dedi. İndi Paşinyan “çıxın” desə, sabah Rusiyanın Ermənistandan çıxmasının bütün siyasi məsuliyyəti İrəvanın üzərində olacaq. Bundan sonra Ermənistan daxilində hər hansı təhlükəsizlik problemi, iqtisadi çətinlik, siyasi gərginlik yaranarsa, müxalifətin, Rusiyayönümlü kəsiminin əli güclənəcək. “Rusiyanı kim çıxardı?” sualının hər kəs bildiyi cavabı “Paşinyan” olacaq. Paşinyan isə görünür, belə bir məsuliyyəti öz üzərinə götürməyə hazır deyil. Ona görə də daha rahat yol seçilir: Rusiyadan uzaqlaşmaq, amma “Rusiyanı biz çıxardıq” görüntüsü yaratmamaq istəyir. Bu, Paşinyanın son illərdəki siyasətinin əsas xüsusiyyətlərindən biri kimi görünür.

Elnur ƏMİROV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Sentyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri