Icma.az
close
up
RU
Putin danışıqlar masasına oturmayacağını dedi: ISW bunun mənasını izah etdi

Putin danışıqlar masasına oturmayacağını dedi: ISW bunun mənasını izah etdi

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Putin televiziya çıxışında Rusiyanın yaxın vaxtlarda Ukraynaya qarşı müharibə ilə bağlı danışıqlarda iştirak etməsinin çətin olduğunu söyləyib.

Qaynarinfo xəbər verri ki, Müharibənin Araşdırılması İnstitutunun (ISW) yeni təhlilində vurğulandığına görə, Putinin əsas məqsədi ruslara Ukraynaya qarşı müharibənin davam edəcəyini bildirmək idi. O, danışıqlarda iştirak etməyəcəyini ehtimal etdiyini söylədi və Ukraynadakı müharibənin sadəcə Qərbə qarşı apardığı mübarizənin bir hissəsi olduğunu yenidən dilə gətirdi.

"Putin ehtimal ki, dövlət televiziyasında verdiyi müsahibəni cəmiyyətinə siqnal göndərmək üçün istifadə edib ki, Rusiya yaxın zamanda danışıqlara başlamayacaq və müharibənin tez bir zamanda bitməsi gözlənilmir", – deyə analitiklər bildiriblər.

Bundan əlavə, İnstitutun ekspertləri qeyd ediblər ki, Putin bu müsahibəsi ilə müharibənin bitməsini istəyən elitalara təsir etməyə çalışıb. O, bununla müharibəni tez bir zamanda dayandırmaq yollarının olmayacağını onlara izah etmək istəyib.

Bu bəyanat, həmçinin Putinin fikrini ortaya qoyur ki, Ukrayna Qərbin "marioneti"dir və müharibə böyük dövlətlərin qlobal qarşıdurmasının bir hissəsidir.

Eyni zamanda o bildirib ki, Ukraynadakı müharibə ilə bağlı danışıqlar yalnız ABŞ və Rusiya arasında, Ukraynanın iştirakı olmadan aparıla bilər. Bu fikri analitiklər də qeyd ediblər.

ISW analitikləri əlavə ediblər ki, Putin müsahibəsində özünü ABŞ prezidenti Donald Trampa bərabər bir şəxs kimi göstərməyə, Rusiyanı isə böyük dövlət olaraq təqdim etməyə çalışıb.

Ukrayna ilə bağlı ehtimal olunan danışıqlar

Amerika prezidenti Donald Tramp andiçmədən öncə Putinlə görüş keçirməyə hazırlaşdığını bəyan etmişdi. Kreml bu məsələdə əlaqəyə hazır olduqlarını, lakin bu cür görüşün yalnız Trampın vəzifəyə başlamasından sonra mümkün ola biləcəyini bildirmişdi.

Həmçinin, Tramp daha öncə Ukraynada müharibəni 24 saat ərzində dayandıra biləcəyini demişdi, lakin sonradan bu vədi yerinə yetirə bilməyəcəyini başa düşmüşdü.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Yanvar 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri