Icma.az
close
up
RU
“Rusiya ilə danışıqlar: Putin heç bir güzəştə getməyəcək“ ISW

“Rusiya ilə danışıqlar: Putin heç bir güzəştə getməyəcək“ ISW

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Kreml rəhbəri Putin müharibənin dayandırılması ilə bağlı gələcək sülh danışıqlarında hər hansı güzəştə maraq göstərmir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan edib.

İnstitutun yeni hesabatında Kremlin rəsmi bəyanatına istinad edilib. Həmin bəyanatda bildirilir ki, Putin Trampa müharibənin "əsas səbəblərinin aradan qaldırılmasının" vacibliyini bildirib və danışıqlara razılıq verib.

ISW qeyd edir ki, Rusiya hakimiyyəti müharibənin "əsas səbəbləri" kimi NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı öhdəliklərini, guya, pozmasını göstərir. Analitiklərin fikrincə, bu, Kremlin ABŞ və Avropaya öz iradəsini qəbul etdirmək məqsədini davam etdirdiyini və bu məsələdə güzəştə getmək niyyətində olmadığını göstərir.

Həmçinin analitiklər Rusiyanın Kursk vilayəti ərazilərinin Ukrayna torpaqları ilə dəyişdirilməsi ehtimalını xatırladaraq, Kremlin sözçüsü Dmitri Peskov və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin bu ehtimalı tamamilə rədd etdiklərini vurğulayıb.

"Medvedev və Peskovun açıqlamaları ISW-nin qiymətləndirməsini daha da təsdiqləyir: Putin qarşıdan gələn danışıqlarda heç bir güzəştə getmək niyyətində deyil və yalnız Ukrayna ilə bağlı bütün tələblərini təmin edəcək bir sülh razılaşmasına nail olmağa çalışacaq", - analitiklər qeyd edib.

Rusiya ilə danışıqlar

Fevralın 10-da ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqların irəlilədiyini bəyan edib. Lakin amerikalı lider Rusiya diktatoru Putinlə dialoqun təfərrüatlarını açıqlamayıb, yalnız onunla danışdığını bir daha təsdiqləyib.

Almaniyanın ABŞ və Böyük Britaniyadakı keçmiş səfiri, Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşinger hesab edir ki, Ukraynada sülhə gedən yol sürətli olmayacaq və ABŞ-Rusiya danışıqları bir neçə həftə ərzində başa çatmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri