Icma.az
close
up
RU
Putin demək istəyir ki, keçmiş SSRİ respublikaları bizə tabe olmalıdır, ancaq böyük səhv edir

Putin demək istəyir ki, keçmiş SSRİ respublikaları bizə tabe olmalıdır, ancaq böyük səhv edir

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Rusiyada azərbaycanlılara qarşı törədilən cinayət və zorakılıqlardan sonra digər aktual mövzu 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu təsdiqləyən materialların yer aldığı anonim məktubun göndərilməsidir.

Redaktor.az-a açıqlamasında deputat Elman Məmmədov bildirdi ki, AZAL təyyarəsinin vurulması faktı məlumdur. Onun sözlərinə görə, məsələ araşdırılıb, Azərbaycan tərəfi öz mövqeyini ortaya qoyub:

"Bəlli ki, bu, birmənalıdır. Bunu Rusiya özü də danmır. Təyyarə Rusiya tərəfindən vuruldu, xeyli insan isə həlak oldu. Ancaq Rusiya tərəfi rəsmi dövlət səviyyəsində Azərbaycandan üzr istəməsi, təzminat ödəməsi, günahı etiraf etməsini özünə yığışdırmadı. Azərbaycan öz tələb və mövqeyində dayanır. Azərbaycan tələbində haqlıdır".

Deputat qeyd etdi ki, Rusiyada azərbaycanlılara qarşı olan münasibət xoşagələn hal deyil:

"Rusiyanın qarşısına tələb qoyulur ki, bu qanunsuzluqlara son qoyulsun. Bizim millətdən olan xeyli sayda insan Rusiya vətəndaşıdır. Qətlə yetirilən iki soydaşımızın biri də Rusiya vətəndaşıdır. Rusiya dözümsüzlük nümayiş etdirir. İnsanların hər birinə cinayətkar kimi baxmaq, yararsız münasibətdir. Bu insanlar Rusiyanın hər sahəsinə töhfə veriblər.

Rusiyanın nə istədiyini Rusiya Federasiyasının Prezidenti cənab Putin bu yaxınlarda keçirdiyi tədbirdə çıxış edərkən bildirib. İlk olaraq Putin bəyan edib ki, rus əsgərinin ayağı dəyən bütün torpaqlar Rusiya ərazisidir. Sonra isə Ukrayna ilə bağlı danışarkən bildirib ki, bütün Ukrayna Rusiya ərazisidir. Burada söhbət təkcə Ukraynadan getmir. Eyni zamanda sətiraltı olaraq cənab Putin demək istəyir ki, keçmiş SSRİ-də olan nə qədər müttəfiq respublika varsa, bu gün biz onların hamısını öz ərazimiz hesab edirik və onların hamısı bizə tabe olmalıdır".

E.Məmmədovun sözlərinə görə, bu gün Rusiya Azərbaycanın müstəqil siyasət yürütməsini və inkişafını həzm edə bilmir.

"Azərbaycanı yenə müttəfiq və guya özünə tabe olan respublika kimi görür. Ancaq böyük səhv edir. Azərbaycan öz yolunu seçib. Mənə belə gəlir ki, Rusiya bizə qarşı olan aşağılayıcı və ədalətsiz mövqeyindən əl çəkməlidir. Qonşuluq münasibətlərimiz normal olmalıdır", - deyə müsahibimiz əlavə etdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri