Icma.az
close
up
RU
“Putin Ukraynada sülh deyil, SSRİ ni istəyir...“ Keçmiş NATO komandanı

“Putin Ukraynada sülh deyil, SSRİ ni istəyir...“ Keçmiş NATO komandanı

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya diktatoru Putinin əsl planı nədir?..

Əvvəllər NATO-nun kimyəvi, bioloji, radioloji və nüvə cavab qüvvələrinə komandanlıq etmiş istefada olan britaniyalı polkovnik Hemiş de Bretton-Qordon iddia edir ki, Rusiya prezidenti Vladimir Putin sülhdə maraqlı deyil və Sovet İttifaqını geri qaytarmaq istəyir.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

De Bretton-Qordonun sözlərinə görə, Putinin tələbləri qətiyyən qəbuledilməzdir. O, aşağıdakı şərtlərdə israr edir:

NATO-nun 1997-ci il sərhədlərinə qayıtması və Baltikyanı ölkələr, İsveç və Finlandiyanın xaric edilməsi;

bu addımın beynəlxalq səviyyədə tanınması ilə işğal olunmuş ərazilərin Rusiyaya tam inteqrasiyası;

Ukrayna ərazisində NATO qoşunlarının olmaması;

Ukraynanın Rusiyaya yekun reinteqrasiya və ABŞ və Avropa ilə əlaqələrinin kəsilməsi.

Ekspert vurğulayır ki, Putin öz məqsədlərinə çatmaqda, xüsusən də Ukrayna kontekstində artıq ciddi irəliləyiş əldə edib və Qərbin xüsusi xidmət orqanları hesab edir ki, Rusiya lideri itkilərinin artmasına baxmayaraq, tam qələbə qazana biləcəyinə əmindir. Bu yaxınlarda Rusiyanın ümumi itkiləri bir milyonu keçdiyini söyləyən de Bretton-Qordon bunun Rusiya daxilində müqavimətə səbəb ola biləcəyini bildirib, lakin Putin, çox güman ki, bu məqamı mümkün qədər gecikdirmək istəyəcək.

Ekspertin fikrincə, Böyük Britaniya və Avropa Rusiyanı cilovlamaq üçün bütün mümkün variantları nəzərdən keçirməlidir. Putin yalnız gücə reaksiya verir və yalnız Qərbin qətiyyətli addım atmağa hazır olduğunu anlayanda, bəlkə də ciddi şəkildə sülh haqqında düşünəcək. Ukraynada qalib gəlsə, Putin çox güman ki, bununla da dayanmayacaq və Sovet İttifaqını bərpa etmək ambisiyalarını davam etdirəcək.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Mart 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri