“Putin Donbasın tam işğalı üçün müddəti uzadıb: planların reallığı sual altındadır“ “The New York Post“
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Rusiyanın irəliləyiş tempi iə Putinin hədəfləri gerçəklikdən uzaqdır..."
Rusiya rəhbərliyi Donbasın tam işğalı üçün növbəti dəfə vaxt çərçivəsini dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə "newyorkpost.com" nəşri yazıb.
Donbas planı niyə baş tutmur?
Nəşr qeyd edir ki, Vladimir Putinin 2025-ci il üçün əsas hərbi-siyasi hədəfi hesab olunan bu plan yenə də baş tutmayıb və yeni tarix 2026-cı ilin aprel ayına keçirilib. Hazırda Rusiya Donbas ərazisinin təxminən 21 faizinə nəzarət edə bilmir. İki ilə yaxındır intensiv hücumlara və 150 mindən çox hərbçinin cəlb olunmasına baxmayaraq, Moskva hələ də Pokrovsk şəhərini tam ələ keçirə bilməyib.
Mövcud irəliləyiş tempini nəzərə alan nəşr hesab edir ki, bu şərtlərlə Rusiya Donbasın qalan hissəsini ən tez halda 2027-ci ilin ortalarında işğal edə bilər. Bununla yanaşı, Putin beynəlxalq ictimaiyyəti Ukraynanın müdafiə xətlərinin guya çökmək üzrə olduğuna inandırmağa çalışır ki, ABŞ prezidenti Donald Tramp vasitəsilə Kiyevə təzyiq göstərilsin. Nəşr isə açıq şəkildə bildirir: "Putin yalan danışır".
Böyük itkilər, zəif nəticə
Dörd ilə yaxın davam edən müharibəyə baxmayaraq, Ukraynanın müdafiə xətləri möhkəm qalır və Rusiya ordusunun irəliləyişi son dərəcə yavaş və baha başa gəlir. Nəşrin hesablamalarına görə, 2025-ci ildə Ukraynanın hər bir kvadrat kilometr ərazisi Rusiyaya orta hesabla 93 itkiyə başa gəlib.
Kremlin məlumatına əsasən, ötən il 406 min nəfər orduya cəlb edilsə də, Ukrayna tərəfi Rusiya itkilərinin 410 mindən çox olduğunu bildirir. Nəşr vurğulayır ki, bu balans Putin üçün sosial baxımdan ağrılı qərarları qaçılmaz edə bilər.
Reallıq və təbliğat arasındakı fərq
Nəşr xatırladır ki, 2022-ci ilin martında Rusiya Ukrayna ərazisinin 26 faizindən çoxunu işğal etmişdi, lakin sonrakı əks-hücumlar nəticəsində bu göstərici 18 faizə enib. Son üç ilə yaxın müddətdə Moskvanın qazancı cəmi 1,5 faiz olub. Hazırda Rusiya Konstantinovka, Slavyansk və Kramatorsk kimi güclü müdafiə olunan şəhərlərə doğru irəliləməkdə ciddi çətinlik çəkir.
Buna baxmayaraq, Kreml təbliğatı cəbhə xətti boyunca kiçik yaşayış məntəqələrinin tutulmasını "böyük qələbə" kimi təqdim edir. Qərbin dəstəyi davam etdikcə Rusiyanın müharibəni qazanması qaçılmaz deyil və Putinin iddialarına baxmayaraq, onun qarşısında real irəliləyiş yolu görünmür, nəşr yekunlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Yanvar 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















