Icma.az
close
up
RU
Putin Əliyevin dostu ilə danışmağa gedir Supergüclərin Zəngəzur savaşı

Putin Əliyevin dostu ilə danışmağa gedir Supergüclərin Zəngəzur savaşı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə dördgünlük səfər edəcək. Çində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar planlaşdırılır. Bundan əlavə, Putin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirak etmək niyyətindədir.

ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Putinin Çinə səfəri maraq doğurub. Tramp hakimiyyətə gəldikdən sonra Rusiya–ABŞ münasibətlərində yaxınlaşma, yumşalma belə şərh olunurdu ki, Vaşinqton Putini Çinin nəzarətindən qoparmağa çalışır. Alyaska görüşündən sonra oxşar şərhlər davam etməyə başladı.

Putinin Çinə gözlənilən səfəri ABŞ-la yaxınlaşma ilə bağlı müttəfiqi Çini məlumatlandırmaq xarakteri daşıya bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Putinin Çinə dördgünlük səfəri Moskva ilə Pekin arasındakı strateji münasibətlərin davamlılığı baxımından əhəmiyyətli hesab olunur:

“Bu səfərin ABŞ Prezidenti Donald Trampla görüşdən dərhal sonra baş tutması isə beynəlxalq dairələrin diqqətini cəlb edib. Alyaska görüşü Rusiya–ABŞ münasibətlərində müəyyən yumşalma təəssüratı yaratsa da, bunun Putini Çindən uzaqlaşdıracağı barədə proqnozlar indiyədək özünü doğrultmayıb.

Züriyə Qarayeva

Pekin ehtiyatlı mövqe sərgiləyir və açıq siyasi reaksiyalar verməkdən çəkinir. Lakin Çini həm də bölgədə baş verən proseslər yaxından maraqlandırır. Ona görə də Putinin qarşıdakı səfəri təkcə ikitərəfli münasibətlərdə iqtisadi və siyasi gündəliyin müzakirəsi deyil, həm də Alyaska görüşündən sonra müttəfiqi Pekini məlumatlandırmaq, münasibətlərin sabitliyini qorumaq xarakteri daşıya bilər. Bu baxımdan, Rusiya–ABŞ xəttində mümkün yaxınlaşmaların Moskva–Pekin tərəfdaşlığına mənfi təsir etməməsi Kreml üçün strateji əhəmiyyət kəsb edir”.

Siyasi şərhçi Asif Nərmanlı isə deyib ki, Putinin Trampla görüşdən sonra Çin səfərinə iki kontekstdə baxmaq olar:

“Birincisi, bu, rəsmi Pekini məlumatlandırmaqdan çox, Vaşinqtonu şərtləri ilə razılaşdırmaq məqsədi daşıya bilər. Çünki Moskvanın Ukrayna məsələsində ağır şərtləri var və görünür, Alyaskada bu məsələlər müzakirə edəndən sonra Kiyevin razı salınmasını gözləyir. Çinə səfər etməklə də ABŞ-a şərtləri qəbul edilmədiyi təqdirdə, seçiminin necə olacağını göstərir.

Həmçinin oxuyun:

Bakı “yox” dedi, Ankara geri çəkildi: Əliyev və Paşinyan üçün İstanbulda nə planlanıb?

İkincisi, qlobal oyun bitmədiyi, mövqelər paylaşdırılmadığı müddətdə Moskva Pekin qapısını açıq saxlayacaq və bu alternativdən daim istifadə etməyə çalışacaq”.

Analitik qeyd edib ki, Putin-Szinpin görüşündə Orta dəhlizin və bu marşrutda əsas nöqtələrdən olan Zəngəzur dəhlizinin müzakirəsi istisna deyil:

“Çünki Vaşinqtonda Azərbaycan-Ermənistan anlaşması və ABŞ-ın Zəngəzur dəhlizində mövcudluğunun əsas hədəfi Orta dəhlizi nəzarətə götürmək, Çinin yolunu bağlamaq, ən azı “Bir kəmər, bir yol” layihəsində təsir imkanlarını artırmaqdır. Bayden Administrasiyası da buna çalışırdı, lakin Ermənistana dəstək verməklə “yanlış ata” oynadılar. Tramp isə faktiki olaraq buna nail oldu. İndi Çin üçün əsas məsələlərdən biri “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizində mövqelərini qorumaqdır və bunun üçün ilk öncə Rusiyanın ona arxadan zərbə vurmayacağına əmin olmaq istəyir. Mümkündür ki, Pekin Cənubi Qafqazda Moskva ilə birlikdə hərəkət etmək istəyə bilər, daha dəqiq desək, Rusiyanın bölgədə az da olsa hələ də qalan təsir rıçaqlarından ABŞ-ın regiondakı mövqelərini zəiflətmək xəttini izləyə bilər. Lakin Çinin birbaşa müdaxilə imkanları çox deyil, xüsusilə nəzərə almaq lazımdır ki, Pekinin “açılım strategiyası” maksimum ehtiyatlılıq və birbaşa müdaxilənin olmaması prinsipinə söykənir. Çin Orta dəhlizdə Rusiya ilə birlikdə hərəkət etmək xəttini izləməklə yanaşı, iqtisadi imkanlarını işə sala bilər.

Asif Nərimanlı

1. Mərkəzi Asiyada iqtisadi yatırımlarını genişləndirə, bu regiona ABŞ-ın girişini məhdudlaşdırmağa çalışa bilər.

2. Cənubi Qafqazda ABŞ-ın təsiri qarşısında mövqelərini saxlamaq üçün həm Azərbaycan, həm Ermənistanla iqtisadi əməkdaşlığı dərinləşdirə bilər.

3. Regionda İranın müdaxilələrinə pərdəarxası dəstək verə bilər.

4. Zəngəzur dəhlizinin açılması ilə tranzit imkanlarının zəiflədiyini düşünən Gürcüstanda mövqelərini gücləndirmək istiqamətində addımlarını müşahidə edə bilərik”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri