Icma.az
close
up
RU
Putin Ərdoğandan xahiş etdi, Türkiyədə hazırlıq başladı 3 gün sonra...

Putin Ərdoğandan xahiş etdi, Türkiyədə hazırlıq başladı 3 gün sonra...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirdiyi mətbuat konfransında Ukrayna ilə müzakirələri yenidən başlatmaq istədiyini açıqlayıb. O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan bu istiqamətdə görüşlərin İstanbulda keçirilməsini xahiş edəcəyini bildirib. Bu açıqlamanın ardınca, Ərdoğan ilə telefon əlaqəsi saxlayıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə sosial media hesabından 15 May tarixində İstanbulda Putin gözləyəcəyini qeyd edib. Bu müzakirələr, Türkiyənin böhranların həlli üçün necə bir diplomatik rol oynadığını və İstanbulun beynəlxalq sülh prosesində niyə bu qədər əhəmiyyətli olduğunu bir daha gündəmə gətirir.

İki lider danışıqlar üçün niyə məhz İstanbulu seçdi? 3 ildən çoxdur davam edən münaqişənin başa çatması üçün razılıq əldə oluna bilərmi?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hasan Oktay bildirib ki, dördüncü ildir davam edən Ukrayna böhranı, görünüşdə sadəcə Kiyevlə Moskva arasında olsa da, belə deyil.

“Münaqişə faktiki olaraq ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya arasında böyük bir böhran olaraq mövcudluğunu davam etdirir. ABŞ Prezidenti Donald Tramp seçki prosesi zamanı hakimiyyətə gələcəyi təqdirdə Ukraynada sülhün təmin ediləcəyini bildirmişdi. Ukrayna ordusu Zelenskinin əmri ilə bu açıqlamanı nəzərə alaraq, müharibəni Rusiya torpaqlarına yaymaqla Qafqaz bölgəsində bir sıra ərazilərə nəzarəti ələ keçirdi. O, bu yolla danışıqlar zamanı işğal olunan ərazilərin mübadiləsi ilə sülhün mümkün olacağı gözləntisini irəli sürdü. Tramp hakimiyyətə gəldikdən sonra isə Kiyev və Moskva ilə müzakirələrə start verildi, amma konkret nəticə əldə olunmadı.

ABŞ Rusiya ilə görüşlər keçirdi, iki ölkə arasındakı münasibətlərdə yumuşalma müşahidə olundu. Həmçinin Vaşinqton Avropa İttifaqı üzərindəki qoruma qalxanını demək olar ki, qaldırdı. Ukrayna məsələsini Avropa ilə Rusiya arasında bir böhrana çevirdi”.


Hasan Oktay

Politoloq əlavə edib ki, Rusiya prezidenti İkinci Dünya müharibəsindəki qələbə münasibətilə Moskvada keçirilən hərbi parada 20-ə yaxın ölkənin qatılmasından sonra qalib ədası ilə çıxış etdi:

“Putin İstanbulda sülh masası qurulacağı təqdirdə oraya qatılacağını söylədi. Zelenski də buna dərhal cavab verərək, Kreml rəhbərini orada gözləyəcəyini açıqladı. İstanbulun bu şəkildə ön plana çıxması, Türkiyənin böhranın əvvəlindən etibarən ortaya qoyduğu tutumun son dərəcə balanslı və sabit olmasının nəticəsidir. Daha əvvəl İstanbulda bir barış təşəbbüsü həyata keçirilsə də, bu, xüsusilə Rusiya kəşfiyyat və təhlükəsizlik bürokratları tərəfindən əngəllənmişdi. Lakin, bu dəfə Putin yenidən İstanbulu ön plana çıxarır. Belə bir qərar həm Rusiya, həm də Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, bu barış anlaşmasının İstanbulda imzalanması, Türkiyənin beynəlxalq diplomatik səhnədəki əhəmiyyətini daha da artıracaq.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 May 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri