Türkiyədə gündəm olan ilahiyə Ərdoğandan REAKSİYA
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son dövrlərdə gündəm olan “Kəbədə hacılar hu deyər Allah” ilahisinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Ərdoğan bildirib ki, bu il həmçinin ölkənin hər yerində səslənən ilahilər vasitəsilə coşğu və sevinc yaşanır:
“Kəbədə hacılar hu deyər Allah… Bu ilahini yeddidən yetmişə bütün xalqımızın dilinə və inşallah qəlbinə həkk edən, ölkəmizi o gözəl ilahilər vasitəsilə tək səs, tək ürək halına gətirən bəstəkarından ifaçısına qədər bütün qardaşlarıma buradan təbriklərimi çatdırıram.
Xüsusilə məktəb həyətlərində uşaqlarımızın bu ilahilərə birgə qoşulduqlarını, bir ağızdan coşqu ilə Lafza-i Cəlali səsləndirdiklərini görmək bizi çox sevindirdi, qürurlandırdı. Bütün Türkiyənin eyni ritmdə birləşməsi, eyni sözləri səsləndirməsi bizim həsrətində olduğumuz bir mühit idi. Mən açıq demək istəyirəm ki, heç kim bundan inciməməlidir, narahat olmamalıdır, təşviş keçirməməlidir. Bu mənzərə həqiqi Türkiyənin mənzərəsidir. Bu mənzərə bu torpaqların, bu millətin mənzərəsidir”.
Ərdoğanın sözləri zalda iştirak edənlər tərəfindən ayaq üstə alqışlanıb.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Fevral 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















