Putin Ərdoğanın dediyini dedi: Təcili lazımdır
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının transformasiyasına və onun əsas orqanlarının genişləndirilməsinə çağırıb.
Turkustan.az xəbər verir ki, Rusiya lideri bu çağırışı ŞƏT+ formatında keçirilən görüş zamanı irəli sürərək, inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.
Rusiya lideri bildirib ki, təşkilatın fəaliyyətinin səmərəliliyini artırmaq üçün səylər göstərmək vacibdir.
Onun sözlərinə görə, "Qlobal Cənub və Şərq ölkələrini daxil etməklə Təhlükəsizlik Şurası da daxil olmaqla, onun orqanlarında təmsilçiliyin genişləndirilməsinə" təcili ehtiyac var. Rusiya lideri beynəlxalq təşkilatın mövcud potensialından tam istifadə edilmədiyini vurğulayıb.
Rusiya prezidenti əlavə edib ki, BMT-nin işi həm qlobal siyasətdə, həm də iqtisadiyyatda dəyişən reallıqlara uyğunlaşmalıdır. Xüsusilə, Rusiya lideri qeyd edib ki, hazırda yeni, həqiqətən ədalətli, çoxqütblü dünya nizamı formalaşır və bu fenomen geri dönməzdir.
Rusiya prezidenti vurğulayıb ki, Dünya Təşkilatı "maraqların əlaqələndirilməsinin əsas mexanizmi kimi öz funksiyalarını qoruyub saxlamalıdır".
Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan da BMT-də islahatların vacib olduğu ilə bağlı dəfələrlə çağırış edib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 01 Sentyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















