Icma.az
close
up
RU
Putin əsgərlərini Güney Qafqazdan çıxarmayacaq ŞOK HƏDƏ

Putin əsgərlərini Güney Qafqazdan çıxarmayacaq ŞOK HƏDƏ

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Rusiya 102-ci hərbi bazanın getməməsi üçün dəridən-qabıqdan çıxır - məqsəd odur ki...

“Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsi Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəmində deyil”. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib. “102-ci hərbi bazanın çıxarılması ikitərəfli münasibətlərin gündəmində deyil. Ermənistan tərəfi bunu bütün səviyyələrdə açıq şəkildə bəyan edib. Rusiyanın hərbi iştirakı Ermənistanın təhlükəsizlik sisteminin ən mühüm dayağı və regional sabitliyin mühüm amili olaraq qalır. Eyni zamanda hərbçilərimiz regionda heç kimə heç bir təhlükə yaratmır”, - səfir vurğulayıb.

Bir müddət əvvəl Gümrüdəki hərbi bazanın qarşısında aksiya keçirilmiş, rus hərbçilərin bölgəni tərk etməsi tələb olunmuşdu. Paşinyan da Rusiyanın Ermənistanda hərbi varlığını təhdid adlandırıb. Lakin son dövrlər Moskva-İrəvan əlaqələrində bir hamarlaşma var. Erməni baş nazir son olaraq Rusiyadakı atom forumunda iştirak edib. Bununla belə, Azərbaycanla Ermənistan sərhədindən rus hərbçilər çıxarılıb. Eləcə də “Zvratnots” aeroportundan 12 rus sərhədçi gedib. Bunun davamı Ermənistanın Türkiyə və İranla sərhədlərində gözlənilir. Bundan sonra Gümrüdəki bazanın qalması əhəmiyyətsiz olacaq.

Rus səfirin açıqlamasından isə görünür ki, Kreml 102-ci hərbi bazanın getməməsi üçün dəridən-qabıqdan çıxır. Hətta İrəvanın adından belə bəyanat verildiyi də açıqlanır.

Rusiya Ermənistanda hərbi bazasını saxlaya biləcəkmi? Müqavilə 2044-cü ilədək imzalanıb, rusların erkən gedişi mümkündürmü?

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova Rusiya-Ermənistan münasibətlərinin ziqzaq olduğunu bildirdi. Onun sözlərinə görə, iqtisadi sahədə əməkdaşlıq davam edir, ticarət dövriyyəsi var, amma siyasi əlaqələrdə tez-tez anlaşılmazlıqlar yaranır. “Bunun səbəbləri Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya kursunu dəstəkləməsidir. Onun missiyası Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır və bu öhdəliklə iqtidara gəlib. Lakin mürəkkəb məsələdir və Rusiyanın forpostu olmuş bir ölkəni ondan qısa müddətdə qoparmaq mümkün deyil. Çünki Ermənistanda siyasi-iqtisadi, hərbi təsirləri var. Həmçinin xalqın heç də hamısı Rusiyadan üz çevirməyib. Paşinyan hakimiyyəti anti-Rusiya təbliğatı aparsa da, cəmiyyətdə bu ölkəyə müttəfiq kimi baxanlar qalıb. O nöqteyi-nəzərdən, Rusiyanın hərbi bazasını çıxarmaq ağrılı prosesdir. Bu, həm Ukrayna müharibəsinin nəticələrindən, həm də Putinlə Paşinyanın münasibətlərindən asılıdır”, - deyə ekspert vurğuladı.

Təhlilçi qeyd etdi ki, əgər liderlər səviyyəsində razılaşma əldə olunarsa, 102-ci hərbi bazanın bağlanması mümkündür: “Amma bunun üçün ABŞ və Türkiyənin Ermənistan hakimiyyətinə dəstəyi lazımdır. İrəvan belə güclü beynəlxalq himayənin altında siyasi iradə nümayiş etdirə bilər. Paşinyan arxayın olmalıdır ki, ona möhkəm siyasi təminat veriləcək. İkinci ssenari isə Rusiyanın getdikcə zəifləməsi və Cənubi Qafqazda sonuncu "qalası" olan Ermənistanı tamamilə itirməsidir. Məncə, Paşinyan son varianta üstünlük verir. Hazırda müharibənin gedişini izləyir, Rusiya ilə əlaqələri də pozmur, sinxron şəkildə isə sülh gündəliyini ABŞ masasında davam etdirir. Ona görə erməni rəsmilər bəyan edirlər ki, Gümrüdəki hərbi bazanın çıxarılması gündəmdə deyil. Çünki Paşinyan seçki ərəfəsində Rusiyanı qəzəbləndirmək istəmir. Elə bu səbəbdən atom forumunda iştirak üçün Moskvaya da getdi. Odur ki, rus hərbi bazasının ləğvi yaxın gələcəkdə real görünmür".

Ekspertə görə, hadisələrin inkişafından asılı olaraq, xüsusən də Türkiyə ilə quru sərhədlərin açılması, Zəngəzur dəhlizinin reallaşması Ermənistanın arqumentlərini gücləndirəcək ki, 102-ci hərbi bazanın ləğvini tələb edə bilsin: “Çünki bu halda Ermənistanın təhlükəsizliyinə Rusiyanın cavabdeh olması üçün ehtiyac yoxdur. Onsuz da bir bəhanədir və Ermənistana qonşularından hər hansı təhlükə yoxdur. Rusiya Cənubi Qafqazda təsirlərini saxlamaq məqsədilə bu bəhanələri irəli sürür. Amma müharibə onun bölgədə mövqeyini xeyli sarsıdıb və əvvəlki Rusiya deyil”.

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri