Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Maskın raketi suya düşərək partladı Video

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Saakaşvili: ““Transparency International” məni siyasi məhbus kimi tanıdı”

Qafqazdan Orta Şərqə

Qafqazdan Orta Şərqə

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Enerji diplomatiyamız sərhədləri aşıb

Azərbaycanın enerji diplomatiyası son illər siyasi-strateji və təhlükəsizlik prizmasında da təsir gücünə malik olan çoxvektorlu alət rolunu oynayır. Əvvəllər yalnız iqtisadi maraqların təmininə xidmət edən bu siyasət bu gün artıq yeni geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan strateji vizion sayəsində transformasiyaya uğrayaraq daha mürəkkəb və çoxqatlı regional dinamikanın mühüm komponentinə çevrilir. Bakı son illərdə enerji siyasətini təkcə Avropa bazarlarına istiqamətləndirməklə kifayətlənməyib, eyni zamanda, Cənub istiqamətində – Yaxın Şərqə doğru yeni strateji dəhlizlərin qurulmasına başlayıb. Məhz bu istiqamətdə Suriyanın bərpası kontekstində siyasi iradə ilə atılan addımlar Azərbaycanın regional təsir gücünü artırmaq üçün yumşaq güc alətlərinə nə dərəcədə səriştəli şəkildə yanaşdığını sübut edir.

Suriyanın İdlib, Afrin, Əl-Bab və Cerablus bölgələrinə Azərbaycan qazının nəqli bu ölkənin uzunmüddətli müharibə nəticəsində məhv olmuş sosial-iqtisadi infrastrukturunun yenidən qurulmasına real və praktik töhfə verməklə yanaşı, Azərbaycanın öz xarici siyasət alətlərində enerji vasitəsilə sabitlik transferinə keçdiyini göstərir. Qazın tədarükü sayəsində bu bölgələrdə həyat normal ritminə qayıdacaq – kiçik sənaye müəssisələri fəaliyyətə başlayacaq, insanlar öz doğma yerlərinə qayıtmağa təşviq olunacaq, sosial sabitlik hissi bərpa ediləcək.

Prosesin səthi humanitar təşəbbüs kimi görünməsi mümkün olsa da, əslində daha dərin və strateji baxışın məhsuludur. Azərbaycanın bu yanaşması enerji siyasətini coğrafi baxımdan şaxələndirməklə yanaşı, siyasi mövqeyini də genişləndirməyi hədəfləyir. Əgər bu gün Azərbaycan Avropada etibarlı enerji tərəfdaşı kimi tanınırsa, artıq Yaxın Şərqdə də eyni statusa iddialıdır. Bakı regional əməkdaşlıq formatlarını yalnız diplomatik ritorika ilə deyil, konkret infrastruktur layihələri və enerji təminatı vasitəsilə qurur. 

Eyni zamanda, bu siyasət Türkiyə ilə əlaqələrin daha strateji xarakter almasında katalizator rolunu oynayır. İki ölkənin Suriyanın şimal-qərb bölgələrindəki koordinasiyası birgə hərəkət mexanizmlərinin dərinləşdiyini və qarşılıqlı maraqların konkret sahələrdə – enerji, təhlükəsizlik, bərpa – uzlaşdırıldığını göstərir. Azərbaycan qazının məhz Türkiyənin nəzarətində olan ərazilərə yönəldilməsi siyasi niyyətin ifadəsidir: əslində bu addım Bakı ilə Ankaranın Yaxın Şərqdə sinxron hərəkətini və birgə geosiyasi layihələrə rəhbərlik etdiyini nümayiş etdirir.

Azərbaycanın Yaxın Şərqdəki yeni enerji xətti onun diplomatik-dövlətçilik məntiqinin dəyişdiyini, öz resurslarından geosiyasi güc mənbəyi kimi istifadə etməkdə nə qədər sistemli və ardıcıl davrandığını da təsdiqləyir. Azərbaycanın Suriyaya qaz ixracı layihəsi regional güclərin geosiyasi maraqlarının üst-üstə düşdüyü strateji bir platformadır. Təşəbbüsün gerçəkləşməsində Türkiyə ilə Azərbaycan arasında uzun illərdir qurulan qarşılıqlı strateji etimad və sinxron koordinasiya həlledici rol oynayır. Əslində, bu, iki ölkənin birgə hərəkət mexanizmlərinin artıq post-münaqişə zonalarına da daşındığını göstərir. Ankaranın Suriyanın şimal-qərbində – İdlib, Afrin, Əl-Bab və Cerablusda – nəzarəti altında saxladığı ərazilər, həm təhlükəsizlik baxımından, həm də sosial-iqtisadi stabilliyin qurulması üçün siyasi laboratoriya rolunu oynayır. Azərbaycan məhz bu konteksdə həmin bölgələrə enerji ixrac etməklə özünü həm də regional bərpa tərəfdaşı kimi təqdim edir.

Türkiyə ilə sinxron şəkildə aparılan bu siyasət həm də Ankaranın regional strategiyası ilə Azərbaycanın xarici siyasət prioritetlərinin üst-üstə düşməsinin təzahürüdür. Əgər daha əvvəl Bakı ilə Ankara əsasən Avrasiya dəhlizləri üzərində əməkdaşlıq edirdilərsə, indi bu əməkdaşlıq Yaxın Şərqdə sosial mühəndislik və post-münaqişə idarəçiliyi səviyyəsinə keçib. Azərbaycan qazının Suriyaya yönləndirilməsi həm də regional enerji xəritəsini dəyişdirir. Artıq Bakı təkcə TAP və TANAP vasitəsilə Avropaya çıxan ölkə deyil, eyni zamanda, Cənubdan Yaxın Şərqə strateji enerji arteriyası açan regional gücdür. Bütün bu addımlar isə onu gələcəkdə İordaniya, Livan və hətta İraq bazarları üçün də cəlbedici enerji təchizatçısına çevirir. 

Əslində, bu modelin əsasında sadə bir məntiq dayanır: sabitlik enerji ilə başlayır, iqtisadi bərpa enerji ilə canlanır, sosial nizam isə enerji təchizatı fonunda sabitləşir. Azərbaycan bu mənzərədə yeni oyun qaydaları ilə çıxış edir – qlobal siyasətdə böyük olmaq üçün böyük ölkə olmaq vacib deyil, doğru anda doğru mövqedə olmaq kifayətdir. Və hazırda Bakı məhz belə bir mövqe tutub – öz resursları ilə yeni sabitlik modellərinin memarı roluna iddia edir. Azərbaycanın Suriyaya qaz ixrac etməsi ilə başlayan yeni mərhələ təkcə enerji siyasətində transformasiya deyil, eyni zamanda, ölkənin beynəlxalq siyasi imicinin və regional güc statusunun yenidən dizaynıdır. Hazırkı proses Azərbaycanın illərdir üzərində çalışdığı multivektorlu xarici siyasət kursunun konkret nəticələr verməyə başladığını göstərir. 

Yaxın Şərqdəki güc balansı son onilliklərdə sabitlikdən daha çox dinamika ilə xarakterizə olunub. Ərəb Baharı, Suriyada və İraqda baş verən vətəndaş müharibələri, transsərhəd terror şəbəkələrinin yüksəlişi və böyük güclərin bir-biri ilə toqquşan maraqları bu regionu təhlükəsizlik baxımından dünya xəritəsinin ən çətin guşələrindən birinə çevirib. Məhz belə bir məkanda Azərbaycan resurs əsaslı, amma məqsədyönlü yumşaq güc siyasəti ilə görünməyə başlayıb. Hədəf nəzarət və ya dominasiya deyil – hədəf sabitlik, təsir və reputasiya qazancıdır.

Azərbaycan qazının Suriyaya ixracı bu çərçivədə həm də beynəlxalq münasibətlərdə yeni tip davranış modelinin təcəssümüdür. Bakı gücünü göstərmək üçün iqtisadi imkanlarına və sabitlik transferinə söykənir. Əslində, bu yanaşma beynəlxalq sistemdə getdikcə daha çox dəyər qazanan “etibarlı aktor” kateqoriyasına daxil olmaq deməkdir – yəni öhdəliyinə sadiq, davamlı, rasional və proqnozlaşdırıla bilən tərəfdaş.

Prosesin bir başqa mühüm aspekti Azərbaycanın resurslarını xarici siyasətin strateji kapitalı kimi dəyərləndirməsidir. Suriyada tətbiq olunan bu model əgər uğurla davam etsə, Azərbaycan üçün bir presedentə çevriləcək və digər post-münaqişə zonalarına da ixrac edilə biləcək. Qarşıdakı dövrdə İraq, İordaniya və Livan kimi ölkələr Azərbaycanın enerji və sosial sabitlik paketinin potensial müştəriləri və faydaçıları ola bilərlər. Digər tərəfdən, bu siyasət beynəlxalq təşkilatların və böyük güclərin də diqqətini çəkəcək. Çünki Azərbaycanın bu modeldə oynadığı rol nə təkbaşına hərbi dominantlıqdır, nə də, sadəcə, donor fəaliyyəti. Bakının bu addımı strateji tərəfdaşlıq, koordinasiya və texnoloji-humanitar dəstəyin vəhdətidir. Belə modellər isə xüsusilə çoxqütblü sistemin dərinləşdiyi, transregional sabitliyin getdikcə daha çox fragmentləşdiyi dövrdə nadir və nümunəvi yanaşmalardır. Son olaraq qeyd edə bilərik ki, Suriya modelinin uğuru Azərbaycanı enerji ixracatçısından sabitlik ixracatçısına çevirəcək – bu isə dövlət doktrinasının yeni mərhələyə qədəm qoyması deməkdir. Uğurun arxasında isə məqsədyönlü diplomatiya, güclü siyasi iradə və uzaqgörən liderlik dayanır. 

Şəbnəm ZEYNALOVA, 
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

Saakaşvili: ““Transparency International” məni siyasi məhbus kimi tanıdı”

27 Sentyabr 2026 22:25see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri