Icma.az
close
up
RU
Putin fərman imzaladı: Yekaterinburq olayları təkrarlanacaq

Putin fərman imzaladı: Yekaterinburq olayları təkrarlanacaq

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident Vladimir Putin Rusiya vətəndaşlığından məhrum edilməyə dair əsasların siyahısını genişləndirən qanunu imzalayıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, müvafiq sənəd hüquqi aktların rəsmi nəşr edildiyi saytda dərc olunub. Siyahıya 20-dən çox yeni əsas daxil ediləcək: 

*Seksual xarakterli zorakılıq hərəkətləri törətməyə görə vətəndaşlıqdan məhrumetmə; 
*İctimai çağırışlar, terrorçuluğun əsaslandırılması və ya təbliği; 
*Rusiyanın təhlükəsizliyinə xələl gətirmək məqsədi ilə başqa dövlət, beynəlxalq və ya xarici təşkilatla gizli əməkdaşlıq;
*Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatların və ya xarici dövlət orqanlarının qərarlarının həyata keçirilməsinə kömək; 
*Düşmənə Rusiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş yardım; belə fəaliyyətlərin həyata keçirilməsi üçün ictimai çağırışlar; 
*Nasist elementlərinin və ya simvollarının təbliği; 
*Ölkənin ən mühüm informasiya infrastrukturuna qeyri-qanuni təsir. 

Bundan başqa, adam öldürmə, uşağa qarşı nalayiq hərəkətlər etmə, 12 yaşına çatmış, lakin 14 yaşına çatmamış uşaqla cinsi əlaqədə olma, yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə, yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə fahişəliyin təşkili, yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirlərini ehtiva edən materialların hazırlanması və yayılması, habelə yetkinlik yaşına çatmayandan pornoqrafik materialların hazırlanması məqsədilə istifadə edilməsi vətəndaşlığın ləğvi ilə nəticələnəcək. 

Eyni zamanda, siyahıya qrup şəklində zorlama və ya xüsusi amansızlıqla və ya zöhrəvi xəstəliyə yoluxma nəticəsində cinsi xarakterli zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayan şəxsi cinsi xarakterli hərəkətlərə məcburetmə, mütəşəkkil dəstə tərəfindən internet vasitəsilə və ya yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığı əleyhinə cinayət törədənlər daxildir. 

Ekstremist səbəblərdən və ya terrorçuluğa, yaxud təxribata bəraət qazandırmaq məqsədilə törədilmiş, qanunsuz miqrasiyanın təşkili və hər hansı digər cinayət Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməsi üçün də əsas olacaq. 

Rusiyada miqrantlara qarşı təzyiqlərin artdığı hazırkı dönəmdə Prezident Putinin qeyd edilən fərmanı əcnəbilərin ölkədən çıxarılması məqsədi daşıyır. Ona görə də sözügedən sənəd xüsusilə də postsovet ölkələrindən olan miqrantların və Rusiya vətəndaşlığına malik əcnəbilərin ölkədən çıxarılması hallarının artmasına gətirib çıxaracaq. Yəni postsovet ölkələrindən gəlmiş insanların Rusiyadan sıxışdırılması qaydaları bir növ asanlaşdırılıb. 

Fərmanda əksini tapmış əsaslarla adi cinayət işi açılmış istənilən əcnəbi şəxsin Rusiya vətəndaşlığı ləğv edilə və o, öz ölkəsinə deportasiya oluna bilər. Daimi yaşayış hüququ almış miqrantlara qeyd edilən ittiham aktı irəli sürüldükdə, ona vətəndaşlıq verilməyəcək. 

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan Rusiya vətəndaşlar azyaşlılara qarşı seksual xarakterli hərəkətlər etməkdə, beynəlxalq təşkilatlarla gizli əməkdaşlıqda, ictimai çağırışlarda, düşmənə Rusiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş yardım göstərməkdə ittiham edilərək vətəndaşlıqdan məhrum edilə bilər. 

Yaxud həkim tərəfindən cinsi əlaqə zamanı dəri-zöhrəvi xəstəliyə yoluxma diaqnozu qoyulmuş istənilən əcnəbinin vətəndaşlığına Rusiya Prezidenti tərəfindən xitam verəcək. Hətta onlar fərmanda göstərilən əsaslar üzrə qanun pozuntusuna yol vermədikdə belə, Rusiya polisi və OMON işgəncə ilə bu cinayəti vətəndaşlığı olan əcnəbi şəxsin boynuna qoya bilər. 

Son vaxtlar Rusiya vətəndaşlığı olan azərbaycanlılara qarşı törədilən böhtan xarakterli zorakılıqlar bunu sübut edir. Ukraynanı müdafiə edən istənilən miqrant və ya əcnəbi nasist rəmzlərinin və elementlərinin təbliğində ittiham edilərək Rusiyadan qovulacaq. 

Fərmanda əksini tapmış “terrorçuluğun əsaslandırılması və ya təbiliği” isə daha çox Mərkəzi Asiya dövlətlərinə və xalqlarına təzyiq məsədi daşıyır. Əgər indiyə qədər Rusiya rəhbərliyi Tacikistan, Özbəkistan, Qırğızıstandan olan əmək miqrantlarını milli diskrimansiya zəminində zorakılıqla ölkədən qova bilirdisə, bundan sonra Mərkəzi Asiya əsilli Rusiya vətəndaşlığı olan iş adamlarını hədəfə alacaq. Üstəlik, Mərkəzi Asiyadan olan miqrantların Rusiya vətəndaşlığı alması çətinləşəcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Putin fərman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Avqust 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri